
“Artıq bir neçə ildir ki, biz dərslikləri 2 hissəli formada çap etməyə başlamışıq. Məsələn, “Azərbaycan dili” dərsliyi 2 hissəyə bölünür: I və II hissə. Bununla biz dərsliyin çəkisini 2 dəfə azaltmışıq. Digər tərəfdən, üz qabıqları da daha yumşaq materialdan hazırlanır ki, bu da çəkini azaldır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərsliklərin ağırlığı və onların təkmilləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O əlavə edib ki, başqa bir məsələ isə elektron resurslarımızdır. Bütün dərsliklərimizin elektron versiyaları mövcuddur: “Onlar həm də zənginləşdirilmiş dərslik formasındadır. Məsələn, şagird “Çaldıran döyüşü” haqqında cümlə oxuduqda, altındakı hiperlinkə daxil olaraq həmin döyüş haqqında video fraqmentə baxa və ya əlavə materiala keçid ala bilər. Beləliklə, dərsliklərin yüngülləşdirilməsi istiqamətində işlər aparılır. Şagird öz dərsliyini məktəbdə qoyub evdə elektron dərslikdən istifadə edə bilər və ya internet imkanları yaxşı olan məktəblərdə elektron dərslikdən, evdə isə kağız dərslikdən faydalana bilər. Bununla da daşınma yükü azalır”.
V.Yaqublu qeyd edib ki, digər tərəfdən, biz həmişə deyirik ki, uşaqlar cütlərlə və ya qruplarda işləməyə yönləndirilməlidir: “Belə olan halda şagirdlər öz aralarında razılaşıb eyni partada kitab gətirməyi bölüşə, bir dərslikdən birgə istifadə edə bilərlər. Dərsliyin məzmununu qısaltmaqla bu günün tələblərinə cavab vermək mümkün deyil. Çünki məzmun günün tələblərinə uyğunlaşdırıldıqca dərsliyin həcmi də artır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər