
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) beynəlxalq həmkarlar ittifaqları hərəkatının fəal üzvü kimi bir sıra nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlıq edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, ATİAHİ Respublika Komitəsi Beynəlxalq Təhsil Birliyi (Education International – EI), Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi (ETUCE), Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi (UAESEB), Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi (MOP) kimi təşkilatların üzvüdür.
Bu əməkdaşlıq qlobal həmrəylik və qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsinə böyük töhfə verir.
ATİAHİ-nin beynəlxalq platformalarda fəal iştirakı, eyni zamanda Azərbaycan təhsil ictimaiyyətinin tanınmasına və beynəlxalq aləmdə nüfuzunun artmasına imkan yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər