Bütün xəbərlər
31 iyul, 15:13

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” sazişi çərçivəsində gerçəkləşən hakatonun iştirakçıları ilə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə məlumat verilib ki, sazişə uyğun olaraq koreyalı və azərbaycanlı tələbələrdən ibarət 6 komanda formalaşıb, bir neçə ay müddətində hər komanda iqlim dəyişikliyinə dair birgə layihələr hazırlayıb. Sonda Bakıda yekun yarışma təşkil olunub və layihələrin birgə təqdimatı keçirilib. İNHA Universiteti və Azərbaycan Dillər Universitetindən olan professor-müəllim heyətinin də təmsil olunduğu münsiflər heyəti tərəfindən ən uğurlu layihə seçilib.

Yarışmada iştirak edən müəllim heyətini və tələbələri salamlayan BMU-nun rektoru Yaqub Piriyev adıçəkilən sazişin önəminə diqqət çəkib. Bildirib ki, Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə icra olunan saziş çərçivəsində keçirilən yarışmalar, yay təcrübə proqramları qlobal çağırışlara birgə cavab axtarışına töhfə verməklə yanaşı, tələbələrin fərqli ölkə və mədəniyyətlərdən olan həmyaşıdları ilə təcrübə, bilik mübadiləsi aparması üçün nadir imkandır. Beynəlxalq layihələr, həmçinin tələbələrin dünyagörüşünü genişləndirir, onların əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirir.

Bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən birinin iqlim dəyişikliyi olduğunu vurğulayan Yaqub Piriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqlim məsələləri ilə mübarizə sahəsində həyata keçirilən mühüm işlər barədə qonaqlara məlumat verib. Ölkəmizin  bərpa olunan enerji, tullantıların azaldılması kimi sahələrdə icra etdiyi konkret layihələri nəzərə çatdıran rektor nüfuzlu COP29 beynəlxalq tədbirinin Bakıda yüksək səviyyədə keçirilməsini, dünyanın ekoloji problemlərinə verdiyi mühüm töhfəni qeyd edib. Gənc mütəxəssislərin qlobal ekoloji problemlərlə mübarizədə daha fəal iştirakının vacibliyini fikirlərinə əlavə edən rektor bu baxımdan təşkil olunan hakatonun rolunu önə çəkib və BMU olaraq bu cür layihələrin sayının artmasını dəstəklədiklərini deyib. Yaqub Piriyev gələcəkdə bu əməkdaşlığın daha geniş formatlarda inkişafına çalışacaqlarını söyləyib, İNHA Universitetindən gələn nümayəndələrə və layihədə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən koreyalı müəllimlər BMU-da olmaqdan məmnunluqlarını bildirib, Azərbaycan xalqının qonaqpərvərliyi, Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.

Görüşdə BMU və İNHA arasında icra olunan ikili diplom prqoramının əhəmiyyətindən, proqramın icrasının Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamıyla 2030-cu ilədək uzadılmasından da bəhs olunub.

Sonra yarışmanın nəticələri açıqlanıb, qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub. Layihəyə uyğun olaraq, BMU, Azərbaycan Dillər Universiteti və İNHA Universitetinin tələbələrindən ibarət komanda üzvləri Koreyaya səfər edəcək, orada ekoloji təlimlərə cəlb olunacaqlar.

1 /8

Şərhlər

Xəbər lenti

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.