Bütün xəbərlər
31 iyul, 16:23

Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi (MTİS) ilə işə dair özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri üçün təlim təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən 31 iyul – 1 avqust tarixlərində STEAM İnnovasiya Mərkəzində keçirilən təlimdə məqsəd MTİS platformasında işləmə bacarıqlarını artırmaq və sistemin tətbiqini genişləndirmək olub. Qeyd edək ki, müxtəlif pillələr üzrə təhsilalan, təhsilverən və müəssisə məlumatları Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə toplanır. 2022-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə dair məlumatların elektron qeydiyyatı MTİS üzərindən aparılır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin sistemə inteqrasiyası nəzərdə tutulur. Bu məqsədlə keçirilən təlimdə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova çıxış edərək məktəbəqədər təhsilin inkişafında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və hesabatların icmallaşdırılması sektorunun baş məsləhətçisi Pərvanə Baxşıyeva sistemlə işləmək qaydaları barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Təlim çərçivəsində iştirakçılar üçün STEAM İnnovasiya Mərkəzində infotur təşkil olunub, günün ikinci yarısında isə tətbiqi tapşırıqlar üzrə praktiki məşğələlər keçirilib.
Xatırladaq ki, müxtəlif pillələr üzrə təhsilalan, təhsil verən, müəssisə və s. məlumatlar Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemində (TMİS) öz əksini tapır. 2022-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələri haqqında məlumatların elektron qeydiyyatının təmin edilməsi məqsədilə TMİS-in alt sistemi olan MTİS istifadəyə verilib.

1 /6

Şərhlər

Xəbər lenti

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.