Bütün xəbərlər
23 may, 13:35

11-15 may 2025-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində İnformatika üzrə Beynəlxalq “Bebras” Müsabiqəsinin konfransı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki,  Azərbaycan “Bebras” müsabiqəsinin tamhüquqlu üzvü seçilib. 

Bildirilib ki, “Bebras” müsabiqəsinə qoşulmuş ölkələrin nümayəndələri hər il təşkil olunan bu konfransda iştirak edir. Konfrans çərçivəsində ənənəvi olaraq növbəti il üçün məsələlərin yekun versiyaları hazırlanıb. Bundan başqa, müsabiqə ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib, o cümlədən yeni tamhüquqlu üzvlərin seçimi aparılıb.

Əvvəlki illərlə müqayisədə, Azərbaycan bu il konfransa daha geniş tərkibdə qatılıb. Nümayəndə heyətində “Bebras”ın Azərbaycandakı rəsmi nümayəndəsi “ÖzünÖyrən” MMC-nin təmsilçiləri A.Əliyev və Z.Əlizadə, Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları Q.Mustafayev və G.Əsədova yer alıb.

“Bebras” müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Adil Əliyevin sözlərinə görə, bu il bir neçə ölkə tamhüquqlu üzvlük üçün müraciət etsə də, yalnız Azərbaycan bu statusu qazanmağa nail olub. “Səsvermə zamanı bütün üzv ölkələr Azərbaycanın tamhüquqlu üzv seçilməsinə müsbət səs verdi. Bu, son iki ildə “Bebras” müsabiqəsini ölkəmizdə uğurla təşkil etməyimizin nəticəsidir”, – deyə Adil Əliyev bildirib.

Qeyd edək ki, “Bebras” müsabiqəsi məktəblilər arasında informatika və hesablama təfəkkürünü təşviq edən beynəlxalq təşəbbüsdür. Müsabiqədə şagirdlər kompüter və ya mobil cihazlar vasitəsilə iştirak edirlər. Hazırda müsabiqəyə qoşulmuş 80-dən çox ölkə var. Rəsmi prosedurlara görə ölkələr əvvəlcə "müvəqqəti" üzv kimi qəbul edilir və iki il ərzində uğurlu təşkilatçılıqdan sonra tamhüquqlu üzvlüyə namizəd ola bilirlər.

Azərbaycanda “Bebras” müsabiqəsi 2024-cü ildə 60-dan çox şəhər və rayonda təşkil olunub və 17 000-dən çox şagird iştirak edib. Müsabiqə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə keçirilir. Bu il 12 aprel tarixində keçirilən yarımfinal mərhələsi Azərbaycan Texniki Universitetində baş tutub və 400-dən çox şagird yarışıb. Final mərhələsi isə iyun ayında keçiriləcək.

Seulda keçirilən beynəlxalq konfrans zamanı “Bebras” müsabiqəsinin növbəti il üçün bir sıra məsələləri müzakirə olunub və gələcək planlar müəyyənləşdirilib. Builki tədbirə Seul Milli Universiteti ev sahibliyi edib. 2026-cı ildə “Bebras” konfransına İngiltərənin Kembric Universiteti ev sahibliyi edəcək.

Adil Əliyevin sözlərinə görə, 2025-ci ildə Azərbaycanda “Bebras” müsabiqəsinin təşkili ilə bağlı bir sıra yeniliklər planlaşdırılır. Bunlara xüsusi hazırlıq materiallarının hazırlanması, müəllimlərin daha aktiv şəkildə təşkilati işlərə cəlb olunması və müsabiqə sonrası tapşırıqların təhlili vasitəsilə yarışın öyrədici funksiyasının gücləndirilməsi daxildir.

Azərbaycanın tamhüquqlu üzv seçilməsi ölkəmizdə informatikanın və hesablama təfəkkürünün tədrisinə beynəlxalq səviyyədə verilən dəyərin göstəricisidir. Bu uğurda minlərlə müəllim və şagirdin əməyi dayanır.

1 /3

Şərhlər

Xəbər lenti

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.