Bütün xəbərlər
23 may, 13:19

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Startup School 3” layihəsi ilə bağlı infosessiya keçirib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə universitetin innovasiya və sahibkarlıqla maraqlanan tələbələri, startap komandaları, gənc tədqiqatçılar iştirak ediblər. Sessiyanın əsas məqsədi “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında iştirak imkanlarını izah etmək və gəncləri innovasiya və sahibkarlığa cəlb etmək olub.

Təqdimatla çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın mərhələləri, məqsədləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O bildirib ki, bu təşəbbüs yaşıl texnologiyalar və rəqəmsal həllər üzrə fəaliyyət göstərən startapları dəstəkləyərək innovativ mühitin formalaşmasına və regional əməkdaşlığın inkişafına xidmət edir.

İnteraktiv formatda təşkil olunan sessiya çərçivəsində iştirakçılara proqramın seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlıqlarla bağlı ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Mərkəzi Asiya və İpək Yolu boyunca yerləşən ölkələrdən olan innovativ startapların iştirakını nəzərdə tutur. Proqramın əsas məqsədi gənc innovatorların bilik və bacarıqlarını təkmilləşdirmək, onları rəqabətli qlobal bazarlara hazırlamaq, eləcə də rəqəmsal və ekoloji baxımdan dayanıqlı texnoloji həllərin inkişafını təşviq etməkdir. Akselerasiya proqramına startapların qeydiyyatı 1 avqust 2025-ci il tarixinədək davam edəcək.

1 /2

Şərhlər

Xəbər lenti

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.