Bütün xəbərlər
22 may, 09:42

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə  Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Şərhlər

Xəbər lenti

22 may, 14:13

Bu il işğaldan azad edilmiş bölgələrdə 51 abituriyent qəbul imtahanı verəcək

22 may, 14:04

Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

22 may, 13:25

Görünməyən dərdləri görənlər: Məktəb psixoloqları necə həyat dəyişdirirlər?

22 may, 13:14

Məktəblərə işə qəbul imtahanının vaxtı açıqlanıb

22 may, 12:59

Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq

22 may, 12:50

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib

22 may, 12:45

“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib

22 may, 12:36

Bu şəxslərə MİQ-də əlavə bal veriləcək

22 may, 12:35

“Uşaqkən coğrafi terminləri, düsturları bilirdim” – Qızıl medalçılar uğurlarından danışırlar

22 may, 12:30

Sabahın hava proqnozu açıqlanıb

22 may, 12:19

Şagird tənəffüs vaxtı sinif yoldaşına xəsarət yetirib – AÇIQLAMA

22 may, 12:15

AzTU əməkdaşları “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə iştirak ediblər

22 may, 12:07

MİQ üzrə test imtahanı, vakant yer seçimi – Bütün suallara cavab

22 may, 12:05

LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib

22 may, 12:00

ADPU-da innovativ təhsil yanaşmaları barədə infosessiya keçirilib

22 may, 11:54

Əziz Sancara Əli Şir Nəvai Beynəlxalq Mükafatı təqdim edilib

22 may, 11:48

Elm və təhsil naziri bir sıra beynəlxalq təşkilatlarla görüşüb

22 may, 11:45

MDU-da kibertəhlükəsizlik mövzusunda görüş keçirilib

22 may, 11:40

SDU-da probasiya sahəsində görüş keçirilib

22 may, 11:36

20 nömrəli məktəb-liseydə bullinqə qarşı mübarizə mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.