Bütün xəbərlər
22 may, 11:54

Mayın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında Nobel mükafatı laureatı, türkiyəli alim professor Əziz Sancara Əli Şir Nəvai Beynəlxalq Mükafatı təqdim edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, mükafatı Ə.Sancara Qırğızıstan Prezidenti Sadır Kaparov təqdim edib. Mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban türk dünyasında elmi araşdırmalara verdiyi böyük töhfələrə görə yüksək mükafata layiq görülən Əziz Sancarı təbrik ediblər.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev mükafatlandırma mərasimindəki çıxışında Əziz Sancarın molekulyar biologiya və tibb sahəsində bacarıqlı bir alim olmaqla yanaşı, həm də şəxsi hekayəsi ilə milyonlarla insana örnək bir insan olduğunu bildirib. “O, əldə etdiyi nailiyyətlərə görə artıq Nobel mükafatı alıb və biz onunla eyni dövrdə yaşamaqdan qürur duyuruq. Əlişir Nəvai adına Beynəlxalq Mükafat onun türk dünyasına verdiyi mədəni və intellektual töhfənin nə qədər xüsusi olduğunu göstərir”, - deyə K.Ömürəliyev bildirib.

“Mənim üçün şərəfdir”

Professor Əziz Sancar mükafatlandırma mərasimində verdiyi açıqlamada, "Öncə prezidentimiz Ərdoğana məni bu mükafata  namizəd göstərdiyi üçün təşəkkür edirəm. Keçən il keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında namizədliyimi irəli sürdülər. Bu, mənim üçün şərəfdir", - deyib.

Ə.Sancar sammitə ev sahibliyi etdiyi üçün Macarıstana da təşəkkür edib: “Mükafatımı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının qarşısında Macarıstanın ev sahibliyi etməsi münasibəti ilə alıram. Xatırlayıram, 8 yaşımda futbolda olarkən o vaxt “magyarlar” adlandırdığımız macarlar hamını məğlub edirdilər. Mən uşaq olanda onlar həmişə almanlara və ingilislərə futbol yarışlarında qalib gələrdilər. O vaxt Macarıstan millisi futbol ictimaiyyətində məşhur idi. Macarlara heyranlığım o dövrə təsadüf edir. Buna görə bu mükafatı bu gün burada aldığım üçün şadam. Hamınıza çox minnətdaram”.

1 /5

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.