Bütün xəbərlər
22 may, 12:50

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib. 

Komitədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı, mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhvali-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər. 

Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi olduqları vurğulanıb, “Zəfər” turnirinə dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib. 

Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib. Beynəlxalq qrosmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub. 

1 /9

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.