Bütün xəbərlər
17 mart, 16:09

Martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu imtahanın doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modelini hazırlayaraq ictimaiyyətə təqdim edib. 

Sədr qeyd edib ki, bu proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və onun müstəsna istifadə hüquqları DİM-ə məxsusdur.

Məleykə Abbaszadə imtahan modeli hazırlanarkən ümum-Avropa dillər çərçivə sənədinin və Azərbaycan dilinin xüsusiyyətlərinin nəzərə alındığını bildirib. 

O, hər kəsi qeydiyyatdan keçərək sınaq prosesində aktiv iştirak etməyə çağırıb.

Daha sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri, Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə məlumat verib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva isə sertifikasiya imtahanının beynəlxalq standartlara uyğun olduğunu vurğulayaraq Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndiriləcəyini qeyd edib.

Tədbirin sonunda Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Qeyd edək ki, kompüter əsaslı imtahanın sınaq versiyası bu gündən DİM-in rəsmi internet səhifəsində istifadəyə verilib. Sınaq prosesinin məqsədi imtahanın effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir. İştirakçılar sınaq prosesində ödənişsiz şəkildə iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndəriləcək.

1 /4

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.