Bütün xəbərlər
24 may, 20:34

Bu gün Bakıda Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində 2-ci “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, "Konstitusiya və Suverenlik ili”nə həsr olunan, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirə olunması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İkigünlük beynəlxalq tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, ali təhsil müəssisələrinin üzərinə bu sahədə peşəkar kadrların hazırlanması kimi məsuliyyətli vəzifə düşür. Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Azərbaycan Universitetində Sosial iş ixtisasının tədrisi, əldə olunan uğurlar və universitetin bu istiqamətdəki hədəflərindən də bəhs edən Səadət Əliyeva bildirib ki, universitet kadr hazırlığı ilə kifayətlənmir, həm də bu sahənin müxtəlif problem və məsələləri elmi cəhətdən araşdırılır. 2023-cü ildə “Sosial iş və sosial tədqiqat” beynəlxalq konfransının birincisi keçirilib və konfransda qəbul edilən qərarların icrası təmin edilib.

Rektor çıxışında qeyd edib ki, mövzusu olduqca spesifik olan konfransa maraq böyük olub. Məruzəçi kimi iştirak etmək üçün 20-dən çox ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Səadət Əliyeva çıxışında konfransın işinin səmərəli və məhsuldar olacağına, 2 gün davam edəcək müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.

Daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin Elm, Ali Təhsil Siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocaru (Kojukaru) çıxış edərək konfransın mövzusunun təsadüfi seçilmədiyini qeyd edib, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Açılışın ardından başlayan plenar iclasda Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera (Feeling well across cultures: CROss-cultural WellNess) və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun (Appreciative approach in social work) məruzələri dinlənilib. Plenar iclasa Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov sədrlik edib.

Konfransın işi gün ərzində bölmə iclaslarında davam edib.

“Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) 2-ci beynəlxalq konfransı işini sabah yekunlaşdıracaq. Bazar günü isə tədbirin xarici iştirakçılarının Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.

1 /5

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.