Bütün xəbərlər
7 oktyabr, 09:33

Azərbaycanın mədən sektoru ilə bağlı ilk kritiklik qiymətləndirməsi uğurla həyata keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, azərbaycanlı tədqiqatçı, Qərbi Avstraliya Curtin Universiteti Mədən Məktəbinin doktorantı Ənvər Məmmədli tərəfindən hazırlanmış bu qiymətləndirmə ölkənin kritik və strateji əhəmiyyətli xammal resurslarını müəyyən edir və bu sahədəki boşluğu doldurmaq məqsədi daşıyır. 

Ə.Məmmədli bununla da Azərbaycanın ilk kritik xammal qiymətləndirməsini hazırlayan azərbaycanlı olaraq bu sahədə böyük bir addım atıb. Onun tədqiqatı, qlobal miqyasda kritik və strateji minerallar üçün çoxkriteriyalı qiymətləndirmə aləti və məlumat bazası hazırlamaq ideyası üzərində qurulub. Bu qiymətləndirmə ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Azərbaycanın xammal bazasını daha dəqiq və strateji idarə etməyə yönəlib.

Dünyada hazırda yalnız 9 ölkə öz rəsmi kritiklik qiymətləndirməsini açıqlayıb. Bu ölkələr arasında ABŞ, Argentina, Avropa İttifaqı, Yaponiya, Çin və digər qabaqcıl iqtisadiyyatlar yer alır. Ənvər Məmmədli bu kontekstdə Azərbaycanın növbəti ölkə olmasını, öz kritiklik qiymətləndirməsini rəsmi olaraq açıqlayan bir dövlət kimi görmək istəyir. Onun sözlərinə görə, bu addım Azərbaycanın mədən sənayesində müasir yanaşmaları tətbiq etməsinə və resurs idarəçiliyini daha ağıllı, daha davamlı və daha sabit hala gətirməsinə imkan verəcək. 

Bu qiymətləndirmə çərçivəsində Azərbaycanda aşağıdakı minerallar kritik hesab olunub: Alüminium, bismut, kobalt, qurğuşun, molibden, nikel, vanadium.

Strateji minerallar sırasına isə barit-xrom, mis, qızıl, dəmir, gümüş, sink daxildir. Bu qiymətləndirmədə əsas təsir faktorları kimi milli təhlükəsizlik, dəyər zənciri, təchizat riski və tələb vurğulanıb. 

Ə.Məmmədlinin araşdırması göstərir ki, Azərbaycanın resurslarının idarə olunması, qlobal təchizat zəncirlərinə inteqrasiyası, mədən sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi baxımından böyük potensialı vardır. Bu tədqiqatın əsas məqsədi Azərbaycanın xammal resurslarının düzgün idarə edilməsini təmin etməkdir. Hazırlanan alqoritm, ölkənin mədən sənayesini daha ağıllı qərarlar qəbul etməyə yönləndirəcək və resursların daha dayanıqlı və effektiv idarə edilməsini mümkün edəcək. Bu yanaşma, Azərbaycanın mineral ehtiyatlarının inkişafına yönəlmiş strateji qərarların qəbulu zamanı əsas vəsait kimi istifadə edilə bilər. 

Ə.Məmmədli qeyd edir ki, “alqoritm, təchizat risklərinin düzgün qiymətləndirilməsi və bu sahədəki boşluqların aradan qaldırılması ilə mədən sənayesini daha sabit hala gətirəcək. Bu qiymətləndirmə təkcə elmi bir araşdırma deyil, həm də Azərbaycana rəsmi dəyərləndirmə metodikasını qurmaq üçün mühüm bir təkan ola bilər. Hazırda bu qiymətləndirmə elmi məqalə kimi dərc edilsə də, onun gələcəkdə rəsmi metodologiyaya çevrilməsi mümkündür. Bu metodologiya ilə ölkənin təbii ehtiyatlarının təchizat təhlükəsizliyi, dəyər zənciri ilə inteqrasiyası və qlobal miqyasda rəqabət gücü artırıla bilər”.

Gənc tədqiqatçı qeyd edir ki, Azərbaycanın mədən sənayesi hələ də neft sektoruna nisbətən inkişaf etməyib. Lakin bu qiymətləndirmə və təqdim ediləcək rəsmi metodologiya ölkənin mədən sənayesini canlandırmaq, kritik xammal resurslarını düzgün şəkildə idarə etmək və enerji keçidinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. 

Əlavə edək ki, Ə.Məmmədli iki həftə sonra ABŞ Ticarət Nazirliyi və Beynəlxalq Ticarət Administrasiyası tərəfindən təşkil olunacaq tədbirdə tədqiqatını təqdim edəcək. O, bu tədbirdə Azərbaycanın potensialını beynəlxalq əsas maraqlı tərəflərə çatdırmaq üçün böyük bir fürsət əldə edəcək. Bu qiymətləndirmə və təklif olunan metodologiya Azərbaycan üçün gələcəkdə mədən sənayesinin inkişafına, milli təhlükəsizlik və enerji keçidinə əhəmiyyətli töhfələr verəcək bir çərçivədir. 

Qeyd edək ki, Ə.Məmmədli bu qiymətləndirmə barədə ötən il  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkil etdiyi “Geominning”  forumunda çıxışı zamanı məlumat verib.  

https://link.springer.com/chapter/10.1007/978-3-031-70725-4_1

Oruc MUSTAFAYEV

1 /2

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.