Bütün xəbərlər
22 avqust, 10:41

Kimya-biologiya təmayüllü Respublika liseyinin məzunu Ümid Mustafazadə dünyanın ən nüfuzlu ali məktəblərindən qəbul alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, 17 yaşlı Ümid Mustafazadə 2025-ci ildə liseyi bitirərək Sinqapur Milli Universitetinin (NUS) Kimya mühəndisliyi ixtisasına qəbul olunub. O həmçinin Cənubi Koreyanın KAİST, Çinin Honq-Konq Universiteti (HKU) və digər nüfuzlu ali məktəblərdən də qəbul dəvəti alıb.

Qeyd edək ki, Ümidin seçimi olan NUS universiteti dünya reytinqində 8-ci, Asiya üzrə isə 1-ci yerdə qərarlaşıb. Gənc istedad “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq təhsilini orada davam etdirəcək.

Ümid Mustafazadənin beynəlxalq və respublika olimpiadalarında qazandığı uğurlar da diqqətəlayiqdir:
– Beynəlxalq Kimya Olimpiadası (IChO 2024, 2025) – Bürünc medal
– Beynəlxalq Metropoliyalar Kimya Olimpiadası (IMChO 2024, 2025) – Bürünc medal
– Respublika Fənn Olimpiadası (RFO 2023, 2024, 2025) – Qızıl medal

Bundan əlavə, o, yüksək göstəriciləri ilə də seçilir:
– IELTS: 7.5
– SAT: 1500 bal

Ümid Mustafazadə həm elmi nailiyyətləri, həm də beynəlxalq göstəriciləri ilə Azərbaycanın fəxri hesab olunur.

Şərhlər

Xəbər lenti

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.