Bütün xəbərlər
5 avqust, 14:53

İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak edəcəklər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, həmin tələbələrlə keçirilən görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin də iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq.

Nazir müavini Azərbaycanda rəqəmsal sahənin modernləşdirilməsi məqsədilə bir sıra vacib təşəbbüslər həyata keçirildiyini deyib. Həmçinin qeyd edilib ki, ölkədə rəqəmsal inkişafı dəstəkləmək, süni intellekt sahəsində irəliləyişə təkan vermək və Azərbaycanın qlobal süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək məqsədilə 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası qəbul edilib. Bundan əlavə, süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılır.

Gələcəkdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə Təlim Mərkəzinin yaradılması üzrə əməkdaşlıq təklif olunub.

Xatırladaq ki, “Huawei” şirkətinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirilib. Buraya azərbaycanlı tələbə və mütəxəssislərin Çində təlimlərdə iştirakı, “Gələcəyin toxumları” proqramı çərçivəsində innovativ layihələrin və startapların maliyyələşdirilməsi daxildir.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.