
Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Ramazan Quliyev İtaliyanın Cosenza şəhərində keçirilən ESTIEM təşkilatının “General Assembly” adlı tədbirində iştirak edib.
AzTU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə ESTİEM-in ümumi idarəetmə strukturu ilə bağlı vacib mövzular müzakirə edilib, yeni yerli qrupların ESTIEM ailəsinə qoşulması və lider heyətində baş verən dəyişikliklər elan edilib.
Son 6 ayın fəaliyyət hesabatları, həmçinin “Council Meeting (CM)” tədbirinə dair hesabat da iştirakçılara təqdim olunub. Eyni zamanda, səsvermə yolu ilə növbəti il üçün CM tədbirinin keçiriləcəyi ölkə müəyyən olunub.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan ESTIEM üzvləri ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və şəbəkələşmək üçün geniş imkanlar olub.
ESTIEM-in bu tədbiri AzTU tələbəsi Ramazan Quliyev üçün beynəlxalq tələbə şəbəkəsində təmsil olunmaq, təşkilati qərarların qəbul prosesində bilavasitə iştirak etmək və ESTIEM-in fəaliyyət mexanizmlərini yaxından öyrənmək baxımından əhəmiyyətli təcrübə olub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər