
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu prosesdə namizədlərə texniki və məsləhət yönümlü dəstəyin göstərilməsi məqsədilə rayon, şəhər təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.
Həmçinin özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan namizədlər dəstək mərkəzləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə və Naxçıvan Regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər