
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialı tərəfindən İsmayıllı rayonunda “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir təşkil edilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli mərkəzinin, Daxili İşlər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və 6 saylı orta məktəbin şagirdləri də daxil olmaqla ümumilikdə 150 nəfər iştirak edib.
Tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlara diqqət çəkərək cəmiyyətin bütün təbəqələrində bu mövzuya dair məlumatlılığı artırmaq, valideynlər, yeniyetmələr və aidiyyəti qurumlar arasında mövzu üzrə düzgün yanaşma formalaşdırmaq, erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin rolunu vurğulamaqdır.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər