
50-dən çox beynəlxalq spiker “Avrasiya Universitetlərinin Sammiti”ndə Bakıda çıxış edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, 24-25 sentyabr tarixlərində Bakıda keçiriləcək (THE) “Avrasiya Universitetlərinin Sammiti”ndə ali təhsil sahəsində nüfuzlu liderlər, tədqiqatçılar və ekspertlər bir araya gələcək. Sammitdə 50-dən çox beynəlxalq və regional spiker çıxış edəcək.
Tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education (THE) təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunur.
Sammit Avrasiya regionunun ali təhsil müəssisələri arasında qlobal tərəfdaşlıqların qurulması, transsərhəd tədqiqat təşəbbüslərinin təşviqi və beynəlxalq reytinqlərdə iştirak imkanlarının müzakirəsi üçün mühüm platformadır.
İlkin elan olunmuş spikerlərin siyahısı: https://www.timeshighered-events.com/.../4647193/speakers
Sammit barədə ətraflı məlumat və qeydiyyat: https://www.timeshighered-events.com/.../464.../book-tickets
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər