
15 fevral tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, seçmə imtahanında IX, X və XI siniflər olmaqla, ümumilikdə 18 nəfər şagird iştirak edib və yekun nəticələrə əsasən onlardan 5 nəfər şagird 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.
Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdləri Nəzrin Həsənova, Ümid Mustafazadə, Murad Xəlilzadə, Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məmməd Məmmədli, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov olmaqla ümumilikdə 5 nəfər şagird ölkəmizi təmsil edəcək.
Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər