Bütün xəbərlər
20 avqust, 12:40

ADA Universiteti tərəfindən həyata keçirilən “Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, ADA Universitetinin Qazax Mərkəzi bölgələrdən olan müəllimləri bu unikal ixtisasartırma proqramına müraciət etməyə və regional təhsilin inkişafına öz töhfəsini verməyə dəvət edir. 

İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında /ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada aparılacaq. Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin Blackboard öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir:

  1. Akademik məqsədlər üçün İngilis dili (English for Academic Purposes)
  2. Müasir Təlim və Tədrisin Əsasları (Fundamentals of Contemporary Teaching and Learning)
  3. Tədris proqramının təşkilində yaradıcı yanaşma (Creative Course Design)
  4. Təhsil layihələrin hazırlanması (Project design in education)

Dərslər oktyabr ayında başlayacaq.

Vaşinqton Mərhələsi

Proqramın ABŞ-də keçiriləcək hissəsi 5-6 həftə müddətinə tamamilə əyani və ingilis dilində 2026-ci ilin fevral - mart ayında keçirilməsi nəzərdə tutulub.

Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərdən əlavə,  ADA Universitetinin Vaşinqton Mərkəzində və ABŞ-nin Corc Vaşinqton Universitetinin Təhsil və Kadrların İnkişafı İnstitutunda təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-nin qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.

Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.

İştirak üzrə tələblər və seçim meyarları:

  • Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəblərin müəllim və  direktorları;
  • Minimum 3 (üç) il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və  direktorları;
  • Müəllimlərin işə qəbul (MİQ) və ya Sertifikasiya imtahanlarından minimum 40 bal toplayan namizədlər;
  • Namizədlərin ingilis dili bilikləri orta səviyyədə (intermediate) olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum TOEFL 44-49/ İELTS 5/, Duolingo 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər. 

Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:

  • Namizədlərin müraciət ərizə formaları ilkin mərhələdə dəyərləndiriləcəkdir.
  • İkinci mərhələdə seçim müsahibə (İngilis dilində) əsasında aparılacaqdır.

Proqramın ABŞ komponentinə seçim 3 meyardan ibarətdir:

  1. Müsahibə mərləhəsindən uğurla keçən iştirakçılar;
  2. Yerli proqramda və xüsusilə yekun ingilis dili imtahanından yüksək göstəricilər nümayiş etdirən iştirakçılar;
  3. Yekun qərar proqramda tədris aparan müəllimlər və proqram rəhbərlərindən ibarət müsahibə komitəsi tərəfindən verilmiş rəylər əsasında veriləcəkdir. 

Tələb olunan sənədlər:

  1. Onlayn Ərizə forması
  2. Şəxsiyyət vəsiqəsinin surəti
  3. CV
  4. İngilis dili sertifikatları (əgər varsa)

Sənədlər 05 sentyabr 2025-ci il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az  

Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq. 

Daha ətraflı keçiddə: www.ada.edu.az/bmm

1 /1

Şərhlər

Xəbər lenti

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.