
Türkiyənin Qars şəhərində kikboks turniri keçirilib.
Naxçıvan MR Gənclər və İdman Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Aninin şəhərinin fəthinə həsr olunmuş yarışa Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan olmaqla 6 ölkədən komandalar qatılıb.
Yarışda ölkəmizi “Naxçıvan Araz” Kikboksinq Klubunun baş məşqçisi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.
Naxçıvanın idmançılarından 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.
Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər