
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinə və ümumi təhsil müəssisələrində məktəbəhazırlığa cəlb olunmuş uşaqların ölkədəki 1–5 yaşlı uşaqların ümumi sayındakı xüsusi çəkisi bu ilin əvvəlinə 37,1 faiz təşkil edib. Halbuki ötən il bu göstərici 34,6 faiz idi.
“Azərbaycan müəllimi”nin məlumatına görə, bu rəqəmlər Dövlət Statistika Komitəsinin dərc etdiyi “Azərbaycanda uşaqlar” statistik məcmuəsində yer alıb.
2025-ci ilin əvvəlinə ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin ümumi sayı 1872-yə çatıb. Onların 1708-i dövlət, 164-ü isə özəl müəssisədir. Müqayisə üçün, ötən ilin əvvəlinə bu rəqəm 1700-ü dövlət, 157-si isə özəl müəssisə olmaqla 1857 idi.
Hesabat dövründə məktəbəqədər təhsil müəssisələrinə 115 min uşaq cəlb edilib. Onların 107,7 mini dövlət, 7,3 mini isə özəl müəssisələrdə təhsil alır. Ümumilikdə hər 100 yerə düşən uşaq sayı 76 nəfər təşkil edib.
Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının ümumi sayı 1177-yə çatıb. Bu qruplara cəlb olunan uşaqların sayı isə 19,4 min nəfər olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər