Bütün xəbərlər
10 iyul, 16:49

Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev Çin ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini, Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu, iki ölkənin rəhbərlərinin apardıqları uğurlu siyasət nəticəsində iqtisadi əlaqələrin daha da möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. 

Rektor, xüsusilə son aylarda bu ölkənin ali məktəbləri ilə BMU arasında yaranan münasibətlərə, icra olunan ikili diplom proqramlarına diqqət çəkib və əməkdaşlığın elmə, eləcə də müasir texnoloji bacarıqlara uyğun kadrların yetişdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. BMU-nun yaranma tarixi, tədris olunan ixtisaslar haqqında məlumat verən Yaqub Piriyev son iki ildə həyata keçirilən mühüm islahatlara, ali təhsil ocağının dünyanın nüfuzlu QS reytinqində ilk minliyə daxil olmasına toxunaraq, bunu universitetin böyük uğuru kimi səciyyələndirib. Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti ilə əməkdaşlıq istiqamətlərinə diqqət çəkən rektor bu sırada “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı ortaq elmi tədqiqatların aparılması, ikili diplom proqramının icrası, tələbələr üçün yay məktəbinin təşkilini və s. qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin prorektoru professor Huang Hengjun BMU ilə əlaqələrin qurulmasına maraqlı olduqlarını, əməkdaşlığın hər iki ali məktəbə fayda verəcəyinə inandıqlarını söyləyib. Təmsil etdikləri ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdıran prorektor bildirib ki, universitet Çinin Qansu əyalətinin Lanzhou şəhərində yerləşən və 1952-ci ildə yaradılmış dövlət ali təhsil müəssisəsidir. Ali məktəbdə maliyyə, iqtisadiyyat, menecment, hüquq, kompüter elmləri, statistika, ümumilikdə 62 ixtisas üzrə kadr hazırlanır. Tədris əsasən Çin, müəyyən beynəlxalq proqramlarda isə ingilis dillərində aparılan universitetin bakalavriat, magistratur, doktorantura səviyyələrində 36 min tələbəsi var. Həmçinin bir çox beynəlxalq universitet və akademik institutlarla elmi, tələbə mübadiləsi proqramları həyata keçirir.

Görüş zamanı BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında tədqiqat təşəbbüsləri, ikili diplom, müəllim və tələbə mübadiləsi proqramları, tələbələr üçün yay məktəbinin təşkili, eləcə də digər akademik əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran əlavə mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandum tədris və elmi tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, müəllim-tələbə mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır. Sənədə əsasən, tərəflər birgə tədqiqat, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili və s. istiqamətlərdə əməkdaşlıq üçün razılığa gəliblər.

İmzalanmanın ardınca qonaqlar BMU-nun tədris korpusları, laboratoriyaları ilə tanış olublar.

1 /6

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.