
Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində bu ölkənin daha bir ali məktəbində- Pekin İnformasiya Elmləri və Texnologiyaları Universitetində olub.
Bu barədə “Azərbaycan müəllimi”nə BMU-dan məlumat verilib.
Rektor Qou Fu nümayəndə heyətini salamlayıb və Azərbaycanda ilk tərəfdaş universitet kimi BMU ilə yaranan münasibətlərin rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əməkdaşlığına töhfə verəcəyinə inandığını deyib. O qeyd edib ki, müəllim və tələbələrin mübadiləsi, birgə elmi tədqiqatlar, kadrların ortaq hazırlığı sahəsində müxtəlif əməkdaşlıq modelləri, eyni zamanda Çin ilə Azərbaycan arasında təhsil əlaqələrinin dərinləşməsinə, həmçinin mədəni inteqrasiyanın inkişafına xidmət edəcək.
Universitet haqqında məlumat verən rektor Çinin nüfuzlu texniki ali məktəblərindən biri olan, informasiya texnologiyası sahəsində ixtisaslaşan ali məktəbin mühəndislik, riyaziyyat, iqtisadiyyat, idarəetmə və s. istiqamətlərdə tədris həyata keçirdiyini, çoxsaylı sahələrdə bakalavr, magistr və doktorantura proqramları təklif etdiyini, habelə tədqiqat fəaliyyəti, o cümlədən sənaye əməkdaşlıqları ilə də tanındığını diqqətə çatdırıb.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül xoş qarşılanmaya görə təşəkkürünü bildirib və Çin ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin hər iki ölkə liderinin apardığı uğurlu siyasət nəticəsində daha da möhkəmləndiyini, elm, təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. BMU haqqında məlumat verən prorektor Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eyni zamanda xalqlarımız arasında yaxınlaşmaya xidmət edəcəyinə əminliyini söyləyib.
Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadiləsi, təcrübə proqramları, təlim imkanları, ikili diplom proqramları müzakirə olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddən irəli gələn məsələlərin müzakirəsi ilə davam edən görüşdə başlanan əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (keyfiyyətli təhsil) və 17-ci istiqamətlərinə (ortaq həll yolları və əməkdaşlıq) mühüm töhfə olduğu bildirilib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər