Bütün xəbərlər
29 iyul, 12:42

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) qəbul prosesi bu ildən etibarən yenidən başlayır.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb.

Sərəncama əsasən, BMU-İNHA İDP-yə 2025/2026-cı tədris ili üçün “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılması planlaşdırılır. Proqramın tədrisi 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Azərbaycan Respublikasının Dövlət Neft Fondunun bu məqsədlə ayırdığı vəsait hesabına qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Tam dövlət təqaüdlü proqrama qəbul prosesi, müraciət və daxili imtahan qaydaları haqqında məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

1 /1

Şərhlər

Xəbər lenti

29 iyul, 16:53

Musiqi sənəti üzrə imtahanın nəticəsi elan olunub

29 iyul, 16:27

“Jurnalistika”ya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

29 iyul, 16:16

“Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı keçirilib 

29 iyul, 16:13

Rektor: “Qərbi Azərbaycan irsi” kitabı seçmə fənlərin tədrisində ciddi baza rolu oynayacaq

29 iyul, 15:58

“Yüksəliş”in qalibləri: Gələcək liderlər hansı universitetlərdə yetişirlər? 

29 iyul, 14:54

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

29 iyul, 14:49

İmtahandan sonra ən vacib mərhələ: Düzgün ixtisas seçiminin incəlikləri - PSİXOLOQ RƏYİ

29 iyul, 13:34

Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır

29 iyul, 13:21

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

29 iyul, 12:57

Sabahın hava proqnozu açıqlanıb

29 iyul, 12:55

İşlə təmin olunan DP məzunlarının sayı açıqlanıb

29 iyul, 12:47

Turan Topalova: Dövlət Proqramı çərçivəsində Çin universitetlərinə maraq artıb

29 iyul, 12:34

"Proqram gələcək karyeram üçün əhəmiyyətlidir" – Təcrübə keçən "Maarif"çilərin hekayələri

29 iyul, 12:23

DP çərçivəsində magistraturaya qəbulun nəticələri yaxın günlərdə açıqlanacaq

29 iyul, 09:42

Dövlət Proqramına qəbul nəticələrinin ilkin siyahısı bəlli olub

29 iyul, 09:33

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

29 iyul, 09:21

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxış edib

29 iyul, 09:08

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.