Bütün xəbərlər
29 iyul, 13:34

Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi istiqamətində növbəti addım atılıb. Universitetin yeni elmi təşəbbüsü çərçivəsində iki yeni tədqiqat institutu yaradılır.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yeni yaradılan Tədqiqat və İnkişaf İnstitutunun əsas məqsədi regionun spesifik imkan və ehtiyaclarını nəzərə alaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, həmçinin dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılmasıdır. Bununla yanaşı, institut bu istiqamətlərdə ixtisaslaşmış elmi kadrların hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihəyə Ramil Həsənov rəhbərlik edir. O, ali təhsilini Azərbaycanda və İspaniyada alıb. R.Həsənov həmçinin Avropa və Asiyanın müxtəlif ölkələrində, o cümlədən “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” kimi qabaqcıl şirkətlərində elmi-praktiki təcrübə toplamış təcrübəli tədqiqatçıdır.

MDU-da yaradılan digər elmi müəssisənin - Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun əsas məqsədi süni intellekt texnologiyalarının regionda tətbiqi və inkişafı, rəqəmsal transformasiya proseslərinin elmi əsaslandırılması, eləcə də bu sahədə çoxşaxəli tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş müxtəlif sahələrdə – iqtisadiyyat, sənaye, təhsil və digər sektorlarda süni intellektin tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin icrası universitetin İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayevaya həvalə olunub. O, Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində ixtisaslaşmış tanınmış tədqiqatçılardandır.

MDU-da iki yeni institutun yaradılması elmi tədqiqat imkanlarının genişləndirilməsinə, rəqəmsallaşma və innovasiya mərkəzli yanaşmaların inkişafına, həmçinin beynəlxalq səviyyədə tanınan elmi mühitin formalaşdırılmasına xidmət edəcək.

1 /2

Şərhlər

Xəbər lenti

29 iyul, 16:53

Musiqi sənəti üzrə imtahanın nəticəsi elan olunub

29 iyul, 16:27

“Jurnalistika”ya qəbul olmaq üçün qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

29 iyul, 16:16

“Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı keçirilib 

29 iyul, 16:13

Rektor: “Qərbi Azərbaycan irsi” kitabı seçmə fənlərin tədrisində ciddi baza rolu oynayacaq

29 iyul, 15:58

“Yüksəliş”in qalibləri: Gələcək liderlər hansı universitetlərdə yetişirlər? 

29 iyul, 14:54

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

29 iyul, 14:49

İmtahandan sonra ən vacib mərhələ: Düzgün ixtisas seçiminin incəlikləri - PSİXOLOQ RƏYİ

29 iyul, 13:21

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

29 iyul, 12:57

Sabahın hava proqnozu açıqlanıb

29 iyul, 12:55

İşlə təmin olunan DP məzunlarının sayı açıqlanıb

29 iyul, 12:47

Turan Topalova: Dövlət Proqramı çərçivəsində Çin universitetlərinə maraq artıb

29 iyul, 12:42

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlayır

29 iyul, 12:34

"Proqram gələcək karyeram üçün əhəmiyyətlidir" – Təcrübə keçən "Maarif"çilərin hekayələri

29 iyul, 12:23

DP çərçivəsində magistraturaya qəbulun nəticələri yaxın günlərdə açıqlanacaq

29 iyul, 09:42

Dövlət Proqramına qəbul nəticələrinin ilkin siyahısı bəlli olub

29 iyul, 09:33

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

29 iyul, 09:21

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxış edib

29 iyul, 09:08

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.