Bütün xəbərlər
29 iyul, 15:58

“Yüksəliş” müsabiqəsi artıq bir neçə ildir ki, Azərbaycan gəncliyinin intellektual güzgüsünə çevrilib. Bu müsabiqədə qalib gəlmək yalnız bilik deyil, həm də liderlik qabiliyyəti, strateji düşüncə və dayanıqlılıq tələb edir. 

“Azərbaycan müəllimi” qəzeti beşinci mövsümün 20 qalibi ilə bağlı bəzi məlumatları təqdim edir.

Müsabiqənin qaliblərinin əksəriyyəti yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Bu siyahıda ən çox təmsil olunan universitet isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir (ADNSU). Burada təhsil almış 7 qalibdən 5-i bakalavriat, digərləri isə magistratura və doktorantura səviyyəsində təhsil alıb:
– Kamran Ələsgərov – ADNSU-da “Neft-qaz mühəndisliyi” üzrə bakalavriat;
– İrşad Əsgərxanlı – ADNSU-da “Gömrük ekspertizası” ixtisası üzrə bakalavriat, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura;
– Mirqəni Hüseynli – ADNSU-da “Neft-qaz mühəndisliyi” ixtisası üzrə bakalavriat;
– Elnur Mirzəzadə – ADNSU-da “Sistem mühəndisliyi” ixtisası üzrə bakalavriat, “Süni intellekt” ixtisası üzrə magistratura;
– Qoşqar Daşdiyev – ADNSU-da “Menecment” ixtisası üzrə bakalavriat;
– Elnur Məmmədli – ADNSU-da “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura;
– Orxan Nağıyev – ADNSU-da “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

Qaliblərin sayına görə ikinci sırada Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) gəlir. Burada təhsil almış 5 qalibin 3-ü bakalavr, 2-si isə magistr dərəcəsi üzrə təhsilini burada tamamlayıb:
– Toğrul Xəlilov – UNEC-də “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavriat;
– Şəhriyar Həsənverdiyev – UNEC-də “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavriat;
– İbrahim Məmmədov – UNEC-də “Biznesin təşkili və idarəedilməsi” üzrə bakalavriat;
– Kamran Sadıxlı – UNEC-də “Maliyyə” üzrə bakalavriat, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura;
– Fərid Hüseynov – UNEC-də “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

Beşinci mövsümün qalibləri arasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) da məzunları var. Burada hüquq, beynəlxalq münasibətlər, menecment və biliklərin idarə olunması üzrə təhsil almış gənclər bu gün liderlik bacarıqları ilə seçilirlər:
– Məmməd Balacanov – DİA-da “Hüquqşünaslıq” ixtisası üzrə bakalavriat; 
– Orxan Nağıyev – DİA-da “Menecment” ixtisası üzrə bakalavriat;
– Fatimə Eyyub – DİA-da “Hüquqşünaslıq” ixtisası üzrə bakalavriat;
– Fərid Hüseynov – DİA-da “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat;
– Elnur Məmmədli – DİA-da “Biliklərin idarə olunması” üzrə magistratura təhsili alıb.

Əlavə olaraq, bir sıra digər universitetlərinin məzunları da qaliblər sırasında yer alıblar:
– Fərid Mustafayev – Bakı Mühəndislik Universitetində “Dünya iqtisadiyyatı” üzrə bakalavriat;
– Məmməd Həsənov – ADA Universitetində “İqtisadiyyat” üzrə bakalavriat;
– Əli Kərimli – ADA Universitetində “Biznesin təşkili”  ixtisası üzrə magistratura, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura; 
– Numrəddin Hüseynov – Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavriat, 
– Ramil Hüseynzadə – Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə bakalavriat təhsili alıb.

Statistik mənzərə göstərir ki, qaliblər, əsasən, iqtisadiyyat, idarəetmə, mühəndislik, hüquq və informasiya texnologiyaları sahələrində təhsil alıblar. Bu sahələrin liderlik bacarıqları ilə birləşməsi “Yüksəliş” kimi bir müsabiqədə uğur qazanmaq üçün əhəmiyyətli baza formalaşdırır.

Əhəmiyyətli nüanslardan biri də budur ki, qaliblərdən 10 nəfər xarici universitetlərdə təhsil alıb, lakin onların çoxu yerli universitetlərdəki təməl biliklər üzərində bu uğuru qurublar. Bu da sübut edir ki, uğur üçün vacib olan təhsilin coğrafiyası deyil, onun keyfiyyəti və şəxsin öz üzərində apardığı fasiləsiz inkişafdır:
– Kamran Ələsgərov – Böyük Britaniyanın Heriot-Vatt Universitetində “Neft mühəndisliyi” ixtisası üzrə magistratura;
–  Qoşqar Daşdiyev – hazırda ABŞ-nin Purdu Universitetində “Menecment” üzrə magistratura;
– Fərid Mustafayev – Böyük Britaniyanın Mançester Universitetində “Mühasibat uçotu və maliyyə” üzrə ikinci dəfə bakalavriat;
– Şəhriyar Həsənverdiyev – Avstraliyanın Kvinslend Universitetində “Beynəlxalq iqtisadiyyat və maliyyə” üzrə magistratura;
– Məmməd Balacanov – Böyük Britaniyanın Kembric Universitetində “Hüquq” ixtisası üzrə magistratura;
– Əli Kərimli – Türkiyənin İstanbul Texniki Universitetində “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavriat;
– Numrəddin Hüseynov – həm Türkiyənin İstanbul Universitetində, həm də Almaniyanın RWTH Axen Universitetində “Marketinq” ixtisası üzrə magistratura; 
– Əliağa Ağayev – Macarıstanın Szeged Universitetində “Biznesin idarəolunmasında iqtisadiyyat” ixtisası üzrə bakalavriat; 
– Fatimə Eyyub – ABŞ-nin Arizona Universitetində “Beynəlxalq ticarət və biznes hüququ” ixtisası üzrə magistratura təhsili alıb.

Qaliblərin təhsil yolları müxtəlif ölkələri, universitetləri və sahələri əhatə etsə də, onları birləşdirən ortaq bir xətt var: bu gənclər ölkə hüdudlarından kənarda təhsil alsalar da, qazandıqları bilik və təcrübəni Azərbaycanda tətbiq etməyə və inkişaf yolunda töhfə verməyə qərarlıdırlar.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.