Bütün xəbərlər
7 iyul, 10:25

“Universitetimizin reytinq tədqiqatlarında mövqeyi elmi əsaslandırılmış və strateji idarəolunan ali təhsil modelinin nəticəsidir”

Dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) ciddi irəliləyişə nail olan ali təhsil ocaqlarımızdan biri də Bakı Mühəndislik Universitetidir (BMU). Siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb. BMU-nun əldə etdiyi bu mühüm nəticə universitetin tarixində bir ilkdir. Ali məktəbin əldə etdiyi bu nailiyyətin əsasında nələrin dayanması, eləcə də elmi potensialın gücləndirilməsi, əcnəbi tələbələrlə iş və digər məsələlərlə bağlı suallarımızı BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül cavablandırır.

- Dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) BMU ciddi uğura imza atıb. Bu uğuru necə dəyərləndirərdiniz?

- BMU-nun “QS World University Rankings 2026” sıralamasında ilk dəfə olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasına 901-950 aralığında daxil olması, həm ali təhsil sistemimiz, həm də universitetin özü üçün tarixi nailiyyətdir. Bu nəticə BMU-nun təkcə milli deyil, qlobal akademik məkanın fəal və rəqabətədavamlı iştirakçısına çevrildiyini göstərir.

Qeyd etmək yerinə düşər ki, bu yüksəliş təsadüfi deyil, illərlə aparılan sistemli islahatların, beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin və dayanıqlı inkişaf strategiyalarının nəticəsidir. BMU artıq dünyanın aparıcı universitetlərinin sırasına doğru irəliləyən və beynəlxalq təhsil bazarında öz sözünü deməyə başlayan nüfuzlu ali təhsil ocağıdır. 2026-cı il reytinq nəticələri, eyni zamanda onu da göstərdi ki, Azərbaycan ali təhsili Cənubi Qafqaz regionunda liderliyini möhkəmləndirir.

- BMU-nun bu uğurunu hansı faktorlarla izah edərdiniz? BMU, əsasən, hansı indikatorlar üzrə reytinqdə yüksək mövqe əldə edib?

- BMU-nun QS reytinqində fərqləndiyi əsas indikatorlardan biri məhz beynəlmiləlləşmə (internationalization) kriteriyasıdır. Son bir ildə bu istiqamətdə görülən işlər xüsusi dinamika ilə seçilir və bu sahədə aparılan məqsədyönlü fəaliyyət reytinq göstəricilərinə əhəmiyyətli təsir göstərib. Digər vacib məqam odur ki, BMU QS-in beynəlmiləl tədqiqat şəbəkəsinə qoşularaq, akademik reputasiyasını və nüfuzunu daha da artırıb, əməkdaşlıq spektrini ciddi şəkildə genişləndirib. Bu artım tədris mühitində multikultural dəyərlərin inkişafına, akademik proqramların ingilisdilli modellərlə zənginləşməsinə, universitetin beynəlxalq tanınmasına zəmin yaradır.

Paralel olaraq, BMU-nun dünyanın müxtəlif ölkələri ilə imzaladığı əməkdaşlıq müqavilələri, beynəlxalq proqramlarda ikili diplom layihələri, əcnəbi akademik heyətin cəlbi universitetin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

Davamlı inkişaf və “yaşıl universitet” modeli çərçivəsində BMU-nun kampusunda alternativ enerjiyə (günəş panelləri, külək turbinləri) üstünlük verilməsi və tullantıların idarə olunması sistemi onu dayanıqlılıq reytinqlərində önə çıxarıb.

Bundan başqa, BMU-da tədris proqramları əmək bazarının ehtiyaclarına uyğun yenilənir. Müəssisələrlə sıx əməkdaşlıq nəticəsində tələbələr real layihələrdə iştirak edir və praktik bacarıqlar qazanır. Bu da onların məzun olduqdan sonra uğurla iş tapmasına şərait yaradır. 

Ümumiləşdirib belə demək olar ki, BMU-nun uğuruna səbəb olan amillər çoxşaxəlidir. Qeyd edilən faktorların birlikdə təsiri, eyni zamanda, rəhbərliyin strateji yanaşması da bu uğura töhfə verib.

- Reytinqdə mühüm kriteriyalardan biri əcnəbi tələbələrin cəlbidir. BMU-da əcnəbi tələbələrin sayı ilə bağlı nə deyərdiniz? Universitetin beynəlmiləlləşmə siyasəti necədir və bu faktor ali məktəbin reytinq göstəricisinə necə təsir göstərir?

- Əcnəbi tələbələrin cəlbi ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun mühüm indikatorlarından biri hesab olunur. “QS World University Rankings” sistemində bu amil “International Students Ratio” kriteriyası kimi qiymətləndirilir və universitetin beynəlmiləlləşmə səviyyəsinin ölçülməsində əsas parametrlərdən biri kimi çıxış edir. BMU-nun beynəlmiləlləşmə strategiyası son illərdə strukturlaşdırılmış, məqsədyönlü və analitik əsaslı yanaşmaya keçid edib. 2023-2024-cü illər ərzində universitetin əcnəbi tələbə kontingentində müşahidə olunan sürətli artım bu strategiyanın praktiki nəticəsidir. Son bir ildə BMU-da əcnəbi tələbələrin sayı 4 dəfəyə yaxın artıb. Mövcud dataya əsasən, hazırda BMU-da 28-dən çox ölkədən olan tələbələr müxtəlif ixtisaslar üzrə təhsil alır. Bu, yalnız coğrafi əhatəliliyin deyil, həm də universitetin qlobal cazibə gücünün göstəricisidir.

- Mühüm amillərdən biri universitet alimlərinin elmi publikasiya aktivliyi ilə bağlıdır. Alimlərinizin publikasiya aktivliyi barədə nə deyərdiniz? Universitetdə bu sahədə hansısa stimullaşdırma tədbirləri görülürmü?

- Elmi-tədqiqat və nəşr fəaliyyəti ali təhsil müəssisələrinin akademik reputasiyasının və beynəlxalq reytinq göstəricilərinin əsas müəyyənedicilərindən biridir. BMU-da son illərdə elmi-publikasiyaların sayı və keyfiyyəti üzrə müəyyən edilə bilən artım dinamikası müşahidə olunur. Universitetin akademik heyəti tərəfindən “Scopus” və “Web of Science” indeksli jurnallarda nəşr olunan məqalələrin sayı ilbəil artır, bu isə həm beynəlxalq səviyyədə tanınmanı, həm də istinad göstəricilərini yüksəldir.

Tədqiqat fəaliyyətinin stimullaşdırılması məqsədilə BMU-da elmi nəşrlərə görə maliyyə mükafatları, qrant müsabiqələri, tədqiqat metodologiyası üzrə təlimlər, plagiat və elmi redaktə dəstəyi, elmi fəaliyyətə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi kimi təşviq mexanizmləri tətbiq olunur.

Bu tədbirlər universitetin tədqiqat mədəniyyətini gücləndirməklə yanaşı, qlobal elmi məkanla inteqrasiyasını da əhəmiyyətli dərəcədə sürətləndirir. BMU-nun elmi publikasiya siyasəti təkcə tədqiqat məhsuldarlığının artırılmasına yox, həm də keyfiyyətli, beynəlxalq səviyyədə tanınan tədqiqat ekosisteminin qurulmasına yönəlib. Bu isə universitetin elmə əsaslanan inkişaf modelini prioritetə çevirdiyini və beynəlxalq elmi məkanla daha güclü inteqrasiyasını təmin etdiyini göstərir.

- Ümumiyyətlə, BMU-nun dünyanın fərqli reytinq tədqiqatlarında mövqeyi ilə bağlı nə deyərdiniz? Bu sahədə ali məktəbin hansısa hədəf konsepsiyası varmı?

- Universitetimizin müxtəlif reytinq tədqiqatlarında mövqeyi, təsadüfi nəticələrin deyil, elmi əsaslandırılmış və strateji idarəolunan ali təhsil modelinin nəticəsidir. BMU-nun əsas missiyası ali təhsildə beynəlxalq akkreditasiya standartlarına uyğun yüksək səviyyəli mühəndislik təhsili təqdim etmək, fundamental və tətbiqi elmi-tədqiqat fəaliyyətlərini sistemləşdirmək və elmi biliklərin innovativ tətbiqlərlə sintezini təmin etməkdir. Universitet akademik mükəmməlliyin artırılması və qlobal təhsil-mühitinə inteqrasiya məqsədilə multidissiplinar yanaşmalar, müasir təhsil texnologiyaları və idarəetmə strategiyalarından istifadə edir. BMU, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində tədris və tədqiqat proseslərini gücləndirərək, yüksək ixtisaslı, elmi əsaslı qərar qəbul edən və sosial məsuliyyət daşıyan mütəxəssislərin yetişdirilməsini hədəfləyir.

- BMU-da beynəlxalq ikili diplom proqramları həyata keçirilir. Əldə olunmuş nəticələr, yeni imkan və perspektivlər barədə nə deyərdiniz?

- BMU 2020/2021-ci tədris ilindən Cənubi Koreyanın İNHA Universiteti ilə dörd ixtisas üzrə beynəlxalq ikili diplom proqramını uğurla həyata keçirir. Növbəti tədris ilindən Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyası Universiteti ilə əlavə üç ixtisas -“Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi” və “Kimya mühəndisliyi” üzrə ikili diplom proqramlarına başlanılır. Sözügedən proqramlar tələbələrə hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etməklə yanaşı, beynəlxalq təhsil mühitində təcrübə qazanmaq və qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaq imkanı təqdim edir. 

İcra olunan proqramlar tələbələrin akademik və peşəkar bacarıqlarının inkişafına, eləcə də BMU-nun beynəlxalq akademik nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Gələcək perspektivlər çərçivəsində universitetin ikili diplom proqramlarının spektrini genişləndirərək, yeni ixtisas istiqamətlərini əhatə etməsi planlaşdırılır.

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.