Bütün xəbərlər
10 sentyabr, 15:37

“Yenilənmiş kurikulumda əsas götürülən prinsip akademik deyil, didaktik yanaşma, yəni şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Eyni zamanda, spiral kurikulum prinsipləri tətbiq olunub. Əvvəlki kurikulumla müqayisədə əsas fərq də bundadır. Belə ki, əvvəlki kurikulumda bir məzmun xətti, əsasən, bir sinifdə daha ağır şəkildə işlənirdi”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Fizika” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda VII və VIII sinif “Fizika” dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə səsləndirib. 

O bildirib ki, əvvəllər yaranan əsas problemlərdən biri də dərslik və kurikulumların hazırlanmasında şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmaması idi: “Lakin sonrakı təcrübələrin ümumiləşdirilməsi göstərdi ki, şagirdlərə hər hansı material təqdim edilərkən onların yaş xüsusiyyəti və koqnitiv inkişaf mərhələsi mütləq nəzərə alınmalıdır. Çünki təbiət fənlərində kifayət qədər abstrakt konsepsiyalar mövcuddur. Məlumdur ki, 12 yaşa qədər şagirdlərdə abstrakt anlayışları mənimsəmək və onlarla mühakimə aparmaq bacarığı tam formalaşmır. Bu dövrdə onlar daha çox konkret fiziki dünya üzərindən fəaliyyətlər icra etməlidirlər. Məhz bu tədqiqatların və refleksiyaların nəticəsi olaraq beynəlxalq təcrübədə təbiət fənlərinin mövzuları mərhələli şəkildə bir neçə təhsil pilləsində öyrədilməyə başlandı. Hər pillədə həmin anlayış və mövzular şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırılaraq təqdim edilir”.

VII və VIII “Fizika” dərsliklərinin həmmüəllifi Dünyamalı Məmmədov isə qeyd edib ki, yeni dərslikdə sualların tərtibinə xüsusi diqqət yetirilib. Burada daha çox keyfiyyət yönümlü və açıq tipli suallara üstünlük verilib: “Əsas məqsəd faktoloji biliklərin yoxlanılması deyil, şagirdlərin konseptual düşünmə, yaradıcılıq qabiliyyəti və izah etmə bacarığını inkişaf etdirməkdir. Bu yanaşma sayəsində şagirdlər mövzulara münasibət bildirmək, fikir irəli sürmək və əsaslandırmaq imkanları qazanırlar. Təsvirlərin seçimində də fərqli yanaşma tətbiq olunub. Bəzi təsvirlər kəmiyyət məlumatları olmadan təqdim edilir ki, bu da şagirdlərin mövzunu daha müsbət qəbul etməsinə və öyrənmə prosesinə fəal qoşulmasına şərait yaradır”.

Şərhlər

Xəbər lenti

10 sentyabr, 17:13

Naxçıvanda peşə təhsili müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

10 sentyabr, 17:11

BSU-da “İnklüziv və adaptiv təhsil” mövzusunda təlim keçirilib

10 sentyabr, 16:37

Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 sentyabr, 16:25

BMU-İNHA İDP-yə bu il qəbul olan tələbələrlə görüş keçirilib

10 sentyabr, 16:14

Tələbə yataqxanaları ilə bağlı konsepsiyalar hazırlanır

10 sentyabr, 16:10

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10 sentyabr, 16:02

Kimya fənninin məzmunu sadələşdirilib

10 sentyabr, 15:53

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10 sentyabr, 15:51

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr, 15:42

Kimlər evdə təhsil ala bilər? – AÇIQLAMA

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.