.jpeg)
“İlk dəfə olaraq dərsliklərə QR kodlar əlavə edilib. Məsələn, şagirdlər “Səs dalğaları” mövzusuna dair QR kodu mobil tətbiq vasitəsilə skan etməklə mövzunu daha interaktiv şəkildə öyrənə bilərlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Fizika” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov səsləndirib.
Onun sözlərinə görə, artıq bir neçə ildir ki, müəllimlərə ayrıca metodik vəsait təqdim edilmir. Bunun əvəzinə həmin materiallar trims.edu.az portalında yerləşdirilir və hər bir müəllim onları yükləyərək dərs hazırlığında istifadə edə bilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər