Bütün xəbərlər
4 aprel, 15:20

Cəmi 8 yaşındadır… Amma uğurları illərin təcrübəsi olan bir idmançını xatırladır. Yaşıdlarından fərqli olaraq, Zeynəb Babayeva hələ 3 yaşında ikən gimnastika ilə məşğul olmağa başlayıb və o vaxtdan bəri inkişafa, yeni yollar kəşf etməyə doğru addımlayır. O, həm intellekti, həm də bədəninin elastikliyi ilə seçilir, sanki tale onu ritmik gimnastika üçün yaradıb.

Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin III sinif şagirdi Zeynəbin həyatında hər şey erkən başlayıb. İlk yarışlarında birincilik qazanan bu balaca ulduz ən son Gürcüstanda keçirilən Beynəlxalq Ritmik Gimnastika Marafonu-2025-də də zirvəni fəth edib. Orada müxtəlif ölkələrdən güclü rəqiblərinin olmasına baxmayaraq, incə, amma möhkəm bədəni və ruhunun gücü ilə zirvəyə qalxmağı bacardı.

“Səhnələri onun incə addımlarını izləyəndə çox qürur hissi yaşayıram”

Onun bu parlaq yolunda ən böyük dəstəkçisi isə anası Türkan Salmanovadır. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Uşaq Birliyi Təşkilatının rəhbəri Türkan Salmanova qızındakı potensialı erkən hiss edib və Zeynəbi gimnastikaya yönləndirib. Amma bir valideyn kimi istəyir ki, övladı sadəcə, yönləndirildiyi yolda yox, ürəyinin istədiyi yolda addımlasın: “Hər yarışa həvəs, sevgi və coşqu ilə qatılır. O, səhnəyə çıxanda zaman dayanır, sanki musiqi ilə rəqs edir. Zeynəb təkcə idmanda deyil, dərslərində də uğurla irəliləyir. Ən sevdiyi fənn riyaziyyatdır. Düzdür, bütün fənlərə diqqət göstərir. Rus bölməsində təhsil almasına  baxmayaraq, ana dilində səlis danışır. Doğma dilinə sevgisinin olması bir valideyn kimi mənim üçün əhəmiyyətlidir. Bu, öz millətinə olan bağlılığının göstəricisidir”.

Anası deyir ki, indi qarşıda yeni bir sınaq var. Özbəkistana səfər və orada keçiriləcək yarış: “Qızım bu yolun başlanğıcında olsa da, artıq gələcəyinə çox böyük ümidlərim var. Kim bilir, bəlkə də gələcəyin dünya çempionu məhz bu balaca qız olacaq. Onun gözlərində arzular var, ürəyində isə sonsuz güc. Səhnədə onun incə addımlarını izləyəndə çox qürur hissi yaşayıram. Təbii ki, ən əsas onun xoşbəxt və sağlam olmasını istəyirəm”.

“Ən gözəl tərəfi səbirli olmasıdır”

20 ilə yaxındır ki, məşqçi-xoreoqraf kimi fəaliyyət göstərən gimnastika müəllimi Ülviyyə Alizadə Zeynəb Babayeva ilə 4  yaşından məşğul olur. Deyir ki, gimnastika çox çətin idman növüdür, böyük səbir və disiplin tələb edir: “Zeynəb gimnastikaya çoxdan gəlir və 4 ilə yaxın mənim yanımdadır. Onunla bir yerdə çox uzun bir yola çıxdıq və təbii ki, sevincimiz də, göz yaşlarımız da oldu. Demək olar ki, bütün şagirdlərim tez-tez yarışlarda iştirak edir və öz performanslarını nümayiş etdirirlər. Onların hər birinin uğuru mənim üçün çox qürurvericidir. Xoşbəxtəm ki, idmançılarım hər bir yarışdan yüksək yüksək nailiyyət ilə qayıdırlar. Bu yaxınlarda Gürcüstanda da beynalxalq marafon keçirildi, çox həyəcanlı oldum. İçimdə Zeynəbin hər hansı bir yer tutacağı ümidi var idi. Amma o, səhnədə mükəmməl bir nəticə əldə etdi və I yeri tutdu. Digər şagirdlərim kimi Zeynəblə də çox qürur duyuram. Hər bir uşaq fərqlidir, Zeynəbin ən gözəl tərəfi səbirli olmağıdır. Əgər mən ona bir hərəkəti dəfələrlə təkrar etdirirəmsə, o, buna etiraz eləmir. Dərs boyu bütün detalları öyrənir və əsas da başa düşür ki, bizim hədəfimiz var. Məqsədimiz daha da irəliləmək, çoxlu məşq etməkdir. Çalışmalıyıq ki, uğurlarımız da çoxalsın. Ümumiyyətlə, onun səhnədə parladığını görəndə gözlərim dolur. Çünki Zeynəb səhnədə sadəcə bir hərəkət etmir, o, hisslərini, sevgisini, ruhunu ortaya qoyur”. 

Həm məşhur gimnast, həm də həkim olmaq istəyir 

Zeynəb qalib olduğu üçün özünü çox xoşbəxt hiss edir. Deyir ki, qalib olmağını ürəkdən arzu edirdi, ancaq gözləmirdi. 3-cü sinif şagirdi ən çox gimnastika ilə məşğul olmağı sevir: “Ən böyük arzum böyüyəndə məşhur gimnast olmaqdır. Buna baxmayaraq, dərslərimi də oxuyuram. Təhsil alıb uşaq həkimi olmaq istəyirəm, amma gimnastika da həyatımda həmişə olsun istəyirəm. Məktəb dərslərimə daha çox vaxt ayırıram. Boş zamanlarımda isə dostlarımla maraqlı şən oyunlar oynamağı sevirəm. Yay tətilində dənizə getməyə və maraqlı yerlər kəşf etməyə üstünlük verirəm”.

1 /2

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.