
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində Dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarışa qeydiyyat elan olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda iştirak etmək istəyən şəxslər 16 iyun 2025-ci il tarixinədək keçidə daxil olaraq müraciət edə bilərlər. Müraciət hüququna 16-21 yaş aralığında olan şəxslər malikdir.
Bu yarış peşə bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək istəyən istedadlı gənclər üçün əhəmiyyətli bir platformadır. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər