Bütün xəbərlər
10 fevral, 09:57

Yusif Sadıqov: “Türkiyəli tamaşaçılar “Bayatı-şiraz” muğamını mənim ifamda çox bəyəndilər”

“İlk dəfə səhnəyə 10 yaşında çıxmışam. Bir sıra dövlət tədbirlərində, şəhid və qazi ailələri üçün keçirilən mərasimlərdə ifalarım maraqla qarşılanıb. Həssas insanlar qarşısında çıxış etməyin məsuliyyətinin çox böyük olduğunu mahnılarımı təqdim edərkən səhnədən mənə zillənən kövrək, baxışlardan hiss etmişəm və etməkdəyəm. Bu mənzərə, əslində, məni daha məsuliyyətli olmağa, ifa etdiyim mahnıdakı ruhu təkrar yaşamağa təkid edir. Ümumiyyətlə, səhnədə qazanılan bütün uğurların sirrini fitri istedada sahib olmaqda, səhnə mədəniyyətinə yiyələnməkdə və ifaçılıq məsuliyyətində görürəm...”

Bu sözləri Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında təhsil alan gənc istedad Yusif Sadıqov deyir. Onunla təhsil ocağında görüşüb həmsöhbət olduq. Özünə güvəni çox idi. Əslində, bu, mənim çox xoşuma gəldi, çünki hansı sənətin sahibi olursansa ol, əgər özünə, öz istedadına güvənməsən heç bir sahədə özünü təsdiq edə bilməzsən. 

Həmsöhbətimin 14 yaşı var. Musiqiyə həvəsi hələ kiçik yaşlarından olub: “8 yaşımdan, əgər belə demək mümkünsə, professional musiqi ilə məşğul olmağa başlamışam. Tanınmış xanəndə Aytən Məhərrəmovanın sinfində bu sənətin incəliklərini öyrənirəm. Sınaq meydanımız isə həmişə irili-xırdalı səhnələr, festivallar, yarışmalar olub. Gecə-gündüz öz üzərimizdə çalışırıq ki, valideynlərimizin və müəllimlərimizin ümidlərini doğruldaq, tamaşaçıların zövqlərini oxşayaq. 

Uğurları barədə bizə məlumat verən yeniyetmə istedad bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gəncliyin səsi” festivalının açılış konsertində səsləndirdiyi muğamlar tamaşaçıları heyran edib. Qürur duyduğu, bu uğurlu çıxışın onu çox ruhlandırdığını və ardınca neçə beynəlxalq və respublika müsabiqələrinin qalibi olduğunu vurğuladı: “Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, uğurlarım çoxdur. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Könlüm keçir Qarabağdan” respublika müsabiqəsinə qatıldım və bu müsabiqədə III yerə layiq görülərək fəxri fərman aldım. “Milli dəyərlərimiz muğam məktəblilərin gözü ilə” müsabiqəsində isə birincilik qazandım. Daha sonra “Heydər Əliyev İli” çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilən 4-cü respublika müsabiqəsində xanəndəlik nominasiyası üzrə qalib oldum. Eyni zamanda XIII beynəlxalq uşaq muğam müsabiqəsinin qalibi adını qazandım. “Heydər Əliyev İli” çərçivəsində İdman və Gənclər Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqədə də xanəndəlik nominasiyası üzrə çıxış etdim və Qran-pri mükafatına layiq görüldüm”. 

Qeyd edək ki, Yusif Elm və Təhsil Nazirliyinin Heydər Əliyev Sarayında keçirdiyi “Zəfər festivalı” ümumrespublika müsabiqəsində də 1-ci yeri qazanıb. 

Xanəndə kimi yetişməyində ustadına minnətdarlığını ifadə edən həmsöhbətim vurğulayıb: “Bütün uğurlarıma görə ustadım Aytən Məhərrəmovaya borcluyam. Mənim peşəkar xanəndə kimi yetişməyimdə onun əvəzsiz rolu və əməyi var. Valideynlərimlə bərabər həmişə mənə mənəvi dəstəkdir, arxa-dayaqdır sevimli müəllimim. Buna görə də yetirmələrinin demək olar ki, hamısı müsabiqə qalibləri və laureatlarıdır. Yeri gəlmişkən, deyim ki, özüm də elə musiqiçi ailəsinin davamçı üzvlərindənəm. Necə deyərlər, canımız, qanımız musiqi ilə yoğrulub. Uğurlarım bununla bitmir. İşğaldan azad olunmuş rayonlarımızda bir sıra dövlət tədbirlərində çıxışlarım olub. Ən böyük arzum isə azad Qarabağımızda “Qarabağ şikəstəsi”ni canlı ifa etməkdir”. 

“Türkiyədə ifa etdiyim muğamlar tamaşaçıları heyran etdi”

May ayında Türkiyədə “Bir millət, iki dövlət” konsertində gözəl çıxışım olub. Hədsiz qürur hissi ilə milli xalq mahnılarımızı, muğamlarımızı canlı ifa etmişəm. Əsasən “Bayatı-şiraz” muğamı Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb.

“Arzum peşəkar xanəndə olmaqdır”

Ən böyük arzum gələcəkdə təhsilimi Azərbaycan Milli Konservatoriyasında davam etdirərək peşəkar xanəndə, müəllim və hər zaman vətənimi ölkə hüdudlarından kənarda sənətkar kimi təmsil etməkdir. Bu, müqəddəs arzu, böyük xoşbəxtlikdir.

...Sözlərini tamamlayandan sonra yeniyetmə istedad  telefonunun yaddaşında saxladığı “Bayatı-şiraz” muğamını onun ifasında dinləməyi xahiş etdi. Həyəcansız dinləyə bilmədim bu möhtəşəm ifanı. Klassik muğam ifaçıları Cabbarın, Xan Şuşinskinin boğazları var idi bu ifada…

Şərhlər

Xəbər lenti

11 iyun, 14:34

Növbəti tədris ili üçün neçə dərslik çap olunacaq? – AÇIQLAMA

11 iyun, 14:25

Bakıda keçiriləcək beynəlxalq sammitdə 50-dən çox spiker çıxış edəcək

11 iyun, 14:22

II və III ixtisas qrupları üzrə imtahanda 13 nəfərin nəticəsi ləğv edilib

11 iyun, 14:17

II və III qruplar üzrə ilk cəhddə ən yüksək nəticəni onlar topladı

11 iyun, 14:15

Qəbul imtahanlarının nəticələri elan olundu

11 iyun, 14:05

Müəllimlər qəzaya düşüb, biri vəfat edib 

11 iyun, 13:39

ABŞ ildə 1 milyondan çox tələbə qəbul edir azərbaycanlılar nə qədərdir?

11 iyun, 12:42

Emin Əmrullayev 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir

11 iyun, 12:35

Alman dili üzrə MİQ mövzuları

11 iyun, 12:28

Sabahın hava proqnozu açıqlanıb

11 iyun, 12:00

Xalq artisti Samir Cəfərov NDU-da tələbələrə ustad dərsi keçib

11 iyun, 11:43

Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir

11 iyun, 11:35

Milyarder Baffet pul xərcləməyin mənasız olduğu beş şeyin adını açıqladı

11 iyun, 11:30

NDU və İKSAD-ın birgə təşkilatçılığı ilə konqres keçirilib

11 iyun, 11:19

UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq

11 iyun, 11:12

Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

11 iyun, 11:10

Voleybol idman növü üzrə respublika birinciliyi keçirilib

11 iyun, 10:50

Bu instituta yeni direktor təyin olunub

11 iyun, 10:50

Məktəblilər üçün ekskursiyalar keçirilib

11 iyun, 10:40

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-də görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.