
Növbəti tədris ili üçün çap olunacaq dərsliklərin sayı açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İctimai TV-nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar və I-XI sinif şagirdləri tədris ilinə başlamadan öncə dövlət vəsaiti hesabına kağız dərsliklərlə təmin olunurlar. Bunun üçün tədris ilinin əvvəlində təhsilalanların dərslik ehtiyacları müəyyənləşdirilir və həmin tələbat üzrə dərsliklərin istehsalına dair açıq tender həyata keçirilir.
Zəruri bütün şərtlərə cavab verən mətbəələr tenderin qalibi elan edilir. Belə ki, növbəti (2025-2026-cı) tədris ilinə dövlət ümumi təhsil müəssisələri üçün 311 (üç yüz on bir) adda 6 867 050 (altı milyon səkkiz yüz altmış yeddi min əlli) nüsxə dərsliyin çapı nəzərdə tutulur
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər