Bütün xəbərlər
11 iyun, 11:19

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Pekin şəhərində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub və sənədlər imzalanıb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Pekinə səfər çərçivəsində UNEC nümayəndə heyəti ilk olaraq İnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF) olub. Vitse-prezident və Baş katib xanım Guo Mingshenin rəhbərliyi ilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də “İnkişaf İqtisadiyyatı”nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in ACCA, CFA-dən və maliyyə ixtisasının FİBAA akkreditasiyasından keçdiyini bildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin və İnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürüb. Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəri Chen Yuanın müəllifi olduğu “Dövlət və bazarın uzlaşdırılması: Çin yanaşması” kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıq əldə olunub. Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitet olduğunu xüsusi vurğulayıb.

UNEC nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyə sahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetində (CUFE) universitetin prezidenti Ma Haitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları, ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıl iqtisadiyyat sahəsində tədqiqatlar, “Bir kəmər, Bir yol” təşəbbüsü üzrə Think Tank və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıq əldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Səfərin növbəti günündə UNEC nümayəndə heyəti Azərbaycan dili ilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici Dillər Universitetində olub. Universitetin prezidenti Jia Wenjian ilə görüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması, iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom proqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. UNEC nümayəndələri həmin universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrlə də görüşüblər.

UNEC rektoru professor Ədalət Muradov həmçinin Çin Renmin Universitetinin tanınmış alimi professor Wang Yiwei ilə görüşüb. Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə “Bir kəmər, Bir yol” adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dair razılıq əldə olunub.

Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) prezident cənab Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə “Ticarət və İqtisadiyyat” İnstitutunun, “Rəqəmsal İqtisadiyyat” laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dair razılıq əldə olunub. Həmçinin UİBE-də fəaliyyət göstərən "ÜTT İnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasına qərar verilib.

Səfər çərçivəsində sonuncu görüşü isə THE reytinqində Çində lider olan Tsinghua Universitetində olub. Universitetin vitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrə ikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığa gəlinib.

Səfər zamanı UNEC nümayəndə heyəti Tsinghua Universiteti nəzdində fəaliyyət göstərən dünyada məşhur Schwarzman kolleci ilə də tanış olub.

1 /27

Şərhlər

Xəbər lenti

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.