
Bu gün ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qobustan rayonunda Milli Qəhrəman Şikar Şikarov adına Sündü kənd tam orta məktəbdə keçirilən “Son zəng” mərasimində iştirak edib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, şəhid ailələri, kənd sakinləri, valideynlər və müəllimlər iştirak ediblər.
Firudin Qurbanov çıxışında məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O bildirib ki, son illər ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar həyata keçirilib. Bu dəyişikliklər məzunların bilik və bacarıqlarında aydın görünür.
Nazir müavini pedaqoji heyəti də təbrik edərək müəllimlərin cəmiyyətin bütün sahələrindəki əvəzsiz rolunu vurğulayıb.
Tədbir şagirdlərin hazırladığı bədii kompozisiya və musiqi nömrələri ilə davam edib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər