Bütün xəbərlər
14 iyun, 17:19

Düz 33 ildən sonra ilk dəfə Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” çalınıb. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Yeni tədris ilinə 33 şagirdlə başlayan bu təhsil ocağında təhsilalanların sayı artıq 102 nəfərə çatıb. Amma bu rəqəm hələ son deyil. Xocalıya mərhələ-mərhələ köçürülən ailələrdəki uşaqların sayına görə bu rəqəm daha da artacaq. 

 “Son zəng”ə qatılan şagirdlərin, müəllimlərin, hər kəsin üzündə təbəssüm var idi, bu tarixi gün məzunların yaddaşından heç vaxt silinməyəcək izlər buraxacaq. Axı onlar doğma Xocalımızda ilk məzun oldular.

Məktəbin direktoru Nəvai Həsənov qonaqları salamlayaraq valideynlərə gözaydınlığı verib. N.Həsənov çıxışında qəhrəman oğullarımızın  şücayəti və qərəmanlığı sayəsində Vətən torpaqlarının düşmən əsarətindən azad olunduğunu, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda neçə- neçə oğullarımızın şəhidlik zirvəsinə yüksəldiyini bildirib. Məzunlara üz tutan məktəbin direktoru əlavə edib: “Onların ruhunu şad etmək üçün siz layiqli vətəndaş olmağı bacarmalısınız. Uzun illərdir tarixə adını yazan Xocalı 1 nömrəli tam orta məktəbin məzunları təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də təhsil alaraq başımızı uca ediblər. Azərbaycanın aparıcı univeristetlərində çalışan məzunlarımızla da fəxr edirik. Bu məktəb tarixi bir yol keçib, görkəmli alimlər, həbiçilər yetişdirib”.    

Sonra Qarabağ Regional Təhsil İdarəsi tərəfindən keçirilən imtahanda yüksək nəticə göstərmiş Xocalı şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi  Ayan Ələsgərli, VI sinif şagirdi  İnci Əzizova Fəxri fərmanlar təqdim olunub. Məktəbin müəllimləri çıxış edərək məzunlara müstəqil həyat yolunda uğurlar diləyiblər. 

Əməkdar müəllim Tamella Bilalova məzunları ölkəmizn müasir tarixində qəhrəmanlıq salnaməsini yazan şəhidlərimizin adına layiq olmalarını tövsiyə edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində Müzəffər Ordumuz II Qarabağ müharibəsində qəhrəmanlıq tarixi yazıb, bizi  Xocalıya qovuşdurub. “Son zəng”in müstəqil həyata ilk addım olduğunu deyən Əməkdar müəllim məzunlara öz arzularını çatdırıb. 

Xocalı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Xəlil Vəliyev bu məktəbin məzunu olması ilə fəxr etdiyini və qürur hissi keçirdiyini, Xocalıya ilk köçən ailələrdən birinin də öz ailəsi olduğunu deyib. “Biz bu tarixi günə şahidlik edirik. Artıq bu xəyal deyil, bir gerçəklikdir. 2024-cü il sentyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayevin, nazirliyin  əməkdaşlarının məktəbimizin açılışında olması bizi fərəhləndirdi. İnanıram ki, bizim məktəbimizdə şagirdlərin sayı artacaq, daha çox məzunları müstəqil həyata  yola salacağıq”. 

Məktəbin tədris hissə müdri Aydın Həsənov və təlim tərbiyə işləri üzrə müavin Nazilə Məmişova da öz ürək sözlərini söylərək məzunlara uğurlar arzulayıblar.

“Son zəng” günün mübarək Xocalı məktəbi...

1 /1

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.