
““Son zəng” öyrənməyə son demək deyil. Sadəcə, bu andan sonra öyrənmə başqa müstəviyə keçir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Kürdəmir şəhəri M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb-liseydə keçirilən “Son zəng” tədbirindəki çıxışı zamanı deyib.
O bildirib ki, bu mərhələdən sonra peşə öyrənmək, ali təhsil pilləsində elmə yiyələnmək, müstəqil yaşamağı öyrənmək ön plana çıxır.
Direktor müavini məzunlara peşə seçərkən əmək bazarında xüsusi tələbat olan informasiya texnologiyaları, kənd təsərrüfatı və hərbi ixtisaslara xüsusi diqqət yetirməyi tövsiyə edib: “Qarabağ Universitetində təhsil almaq kimi unikal imkanı dəyərləndirin”.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər