Bütün xəbərlər
22 yanvar, 11:53

Gəncə Dövlət Universiteti (GDU) Times Higher Education tərəfindən təşkil olunan Asiya Ali Təhsil Mükafatları (THE Awards Asia) 2025 müsabiqəsində Ətraf Mühit kateqoriyasında qısa siyahıya daxil edilib.  

Universitetdən "Azərbaycan müəllimi"nə məlumata görə, bu müsabiqə hər il keçirilir və 2025-ci il üçün 10 müxtəlif kateqoriya üzrə 500-dən çox universitet müraciət edib. Hər kateqoriyada 8 universitet qısa siyahıya düşüb.  

GDU müsabiqədə “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edib.

Müsabiqənin qalibləri 22 aprel 2025-ci ildə Makao Elm və Texnologiya Universitetində təşkil olunacaq THE Asiya Universitetləri Sammitinin ilk günündə elan ediləcək.  

Gəncə şəhərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulması ilə bağlı olaraq, Gəncə Dövlət Universiteti bu sahədə bir sıra layihələrdə iştirak edib. Universitetin Dayanıqlı Ağıllı Şəhərlər Mərkəzinin dəstəyilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi və İngiltərənin Atkins Realis təşkilatı Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planını hazırlayıb. Plan, şəhərin enerji səmərəliliyini artırmaq, yaşıl əraziləri genişləndirmək, ekoloji problemləri həll etmək və yeni infrastruktur yaratmaq istiqamətində 15 illik fəaliyyətləri əhatə edir.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.