Bütün xəbərlər
9 iyul, 16:55

Gəncə şəhər Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəb təkcə elm və təhsilin deyil, həm də tarixin və beynəlxalq dostluğun ünvanıdır. Bu məktəbin divarları bir dövrün yadigarlarını, azadlıq uğrunda mübarizə aparmış ispan kursantlarının izlərini yaşadır.

Bu gün məktəb önəmli bir qonağı – İspaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonu qəbul edib. Səfər çərçivəsində səfir və nümayəndə heyəti məktəbin qürur mənbələrindən biri olan İspan təyyarəçilərinin xatirə muzeyi ilə tanış olublar.

“Azərbaycan müəllimi” olaraq biz də görüşdə iştirak etdik.

1937–1939-cu illərdə burada fəaliyyət göstərmiş 20 nömrəli təyyarəçilik məktəbinin ispan kursantları və təlimatçıları Sovet İttifaqında təhsil alaraq Moskva və Odessa şəhərlərinin faşistlərdən azad edilməsində, Bakının hava hücumlarından qorunmasında mühüm rol oynayıblar. Bu qəhrəmanlıq tarixinin izləri bu gün də məktəbin muzeyində qorunur.

Muzeydəki eksponatlar – o dövrə aid fotosənədlər, qəzet materialları, hərbi geyimlər, təyyarə modelləri və kursantların xatirələri barədə səfirə geniş məlumat verilib. Xanım Kristina Latore Sanço muzeyin zənginliyi və burada ispan xalqına göstərilən ehtiramdan dərin təsirləndiyini dilə gətirdi:

“Muzey Azərbaycan və ispan xalqları arasında möhkəm dostluğun bariz nümunəsidir. Buradakı hər bir eksponat dəyərlidir. Bu yaddaşı yaşatdığınız üçün minnətdaram”.

Məktəbin direktoru Vüsal Həsənov qeyd edib ki, bu tarix şagirdlərə dərslərdə də aşılanır: “Tarix dərslərində şagirdlərimiz muzeyə ekskursiya edərək faktları əyani şəkildə öyrənirlər. Bu, həm vətənpərvərlik tərbiyəsinin, həm də beynəlxalq dostluq anlayışının formalaşması baxımından önəmlidir”.

Direktor həmçinin 1937-ci ildə Gəncəyə gələn ilk ispan pilotlardan biri olan Xose Mario Bravonun döyüş yolundan da bəhs edib. Bildirib ki, 1936-1945-ci illərdə SSRİ-də təlim görmüş ispan pilotlardan 25 nəfəri müxtəlif səbəblərlə həyatını itirib. Gəncədə təlim zamanı həlak olan kursantlar, Bakıda isə İkinci Dünya müharibəsində şəhid olan ispan pilotlar dəfn edilib. Bu mövzuda 2011-ci ildə Azərbaycan və İspaniya kinostudiyaları tərəfindən “Azərbaycan səmalarında” adlı sənədli film də çəkilib.

Sonda qonaqlar xatirə şəkli çəkdirərək bu dəyərli tarixi ziyarəti yaddaşlarında əbədiləşdiriblər.

1 /16

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.