Bütün xəbərlər
26 avqust, 16:28

30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın artıq dirçəliş dövrünü yaşayır. Yenidənqurma işlərinin dinamik inkişafla getdiyi şəhər sakinlərini mərhələli şəkildə qarşılayır. Sanki şəhərin özü və sakinləri illərin yaşatdığı əziyyəti, həsrəti birgə unutmağa çalışırlar. 
Laçın şəhəri 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 65 mindən çox sakin məcburi köçkün həyatı sürməyə məcbur olub, təhsil müəssisələri respublikanın 15 müxtəlif şəhər və rayonlarında yerləşdirilib.

Şəhərdə işğal dövrünə qədər 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. 

Təəssüflər olsun ki, yerlə yeksan olunan şəhərlə bərabər həmin müəssisələrdə viran edilib. 

Uzun illər qəlbimizi titrədən Vətən həsrəti 27 sentyabr 2020-ci ildə başlanan əks-hücum əməliyyatları ilə daha da alovlandı. İndi həsrətlə yanaşı qalibiyyət duyğusu da qəlblərə hakim kəsilmişdi. Elə də oldu. Vətən müharibəsi doğma torpaqlarımızın yenidən Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə nəticələndi. Beləliklə, şəhərin işğalı 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunun Azərbaycana təhvil verilməsi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə başa çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində demişdi:

"… Azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq". 

Artıq "Böyük Qayıdış" proqramının həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi bu torpaqlara yeni canlanma verir. 
Azad Laçında 3 məktəb - Laçın şəhəri 2 nömrəli tam, Sus kənd tam orta, Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə 303 şagird təhsil prosesinə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 48 nəfər təhsiverən məşğul olur. 

Bundan əlavə, 2 bağça - Zabux kənd körpələr evi-uşaq bağçası və Sus kənd körpələr evi-uşaq bağçası da fəaliyyətə başlayıb. Sözügedən bağçalarda 7 nəfər təhsilverən 38 uşağın təlim-tərbiyəsi ilə məşğul olur. 

Cari ildə Sus kənd tam orta məktəbinin ilk üç məzunu respublikanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. 26 avqust tarixini laçınlılar indi doğma torpaqlarında qürurla qeyd edirlər. 

Günün mübarək, doğma Laçın!

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.