Bütün xəbərlər
29 aprel, 16:31

Bu gün Beynəlxalq Rəqs Günüdür. Azərbaycan məktəblərində təhsil alan yüzlərlə rəqqasədən biri də Elmiradır.

Elmira Qarayeva Bakı şəhər 238 nömrəli tam orta məktəbin şagirdidir. Artıq IX sinifdə oxuyur. Məktəbdə əlaçıdır. Riyaziyyatı çox sevir. Bank işçisi olacaq, arzusu, hədəfi bu yöndədir. Amma sadəcə kitabları, rəqəmləri, hesablamanı yox, musiqini və idmanı da sevir. Musiqini o qədər sevir ki, məşğuliyyətlərinin hamısını ona bağlayıb. Necə deyərlər, musiqi ilə oynayır, piano çalır, hətta musiqi ilə idman edir. Hazırda fortepianoda sonuncu sinifdədir. 

Tarix oxumağı sevmir, di gəl, tərslikdən arzuladığı ixtisasın yer aldığı II ixtisas qrupunda tarix əsas fənlərdən biridir. Odur ki, anası axtarışlara başlayıb, tarixi musiqiçi balasına sevdirəcək müəllim axtarışındadır. 

Bəs musiqini ona kim sevdirib?

Anasının sözlərinə görə, Elmira 2009-cu ildə doğulub. 5 yaşına çatanda məlum olub ki, onurğasında əyilmə var. Həkimin tövsiyəsi ilə ailəsi onu gimnastikaya və üzgüçülüyə aparıb və Elmira o başlayan başlayıb. Bir neçə il içində onurğasındakı problem həll olunub və Elmira özünə yeni məşğuliyyətlər tapıb. İndi həftənin I-III-V günləri gimnastikaya, II-IV günlər isə rəqsə gedir. Anasının dediyinə görə, rəqsə getməyi özü istəyib. Sinif yoldaşları arasında rəqsə gedənlərin olması onda da maraq oyandırıb. Anası onun həvəsini qursağında qoymayıb, qızını Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə aparıb. Onunla mərkəzin müəllimi Lalə İbrahimova məşğul olub. Elmira indi rəqsi sevdiyi qədər müəllimini də sevir.

Elmira Qarayeva çoxlu ölkələr görüb, şəhərlər gəzib. İndi o, akademik göstəriciləri, idmanda qazandığı medalları, musiqidə əldə etdiyi diplomları ilə böyüyür. Qarşısında böyük hədəfləri var. Harada olsa, musiqi də onunla olacaq, həmişə rəqs edəcək.

1 /5

Şərhlər

Xəbər lenti

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları oldu

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.