Bütün xəbərlər
1 may, 10:50

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün təlim keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, aprelin 21-də Şəki rayonu, Qoxmuq kənd tam orta məktəbində keçirilən ilk təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və su ehtiyatlarına olan təsirləri barədə interaktiv sessiya keçirilib. 

Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova da şagirdlərlə birlikdə qrup işi formatında iqlim dəyişikliklərinin ətraf mühitə və cəmiyyətə təsiri mövzusunda praktiki tapşırıqlar həyata keçirib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin əməkdaşı Elmir Həşimli isə təlim iştirakçıları üçün özünü inkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumat verib.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, ekoloji məsələlərə qarşı həssas yanaşmanın formalaşdırılması, məsuliyyət hissinin gücləndirilməsi və şəxsi inkişaf bacarıqlarının dəstəklənməsidir.

1 /8

Şərhlər

Xəbər lenti

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.