
NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qazi Universitetinə işgüzar səfər edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüsün məqsədi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə Naxçıvan Dövlət Universitetinin əsas icraçısı olduğu layihələrlə bağlı müzakirələrin aparılmasıdır.
Səfər zamanı təhsil və tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq, tələbə və müəllim mobilliyi, tibb təhsili alan tələbələrin yay istehsalat təcrübəsi, rezidentlərin rotasiyası, Qazi
Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin NDU-da tədris, tədqiqat və müalicə prosesinə cəlbi məsələləri müzakirə edilib. Yeni təyin olunan rektor Uğur Ünalı təbrik edən rektor Elbrus İsayev uzun illərdir davam edən NDU-Qazi əlaqələrindən, ortaq fəaliyyət sahələrindən bəhs edib və perspektiv fəaliyyət sahələri barədə fikir mübadiləsi aparıblar.
Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qazi xəstəxanasının həkimləri və Tibb fakültəsinin professor-müəllim heyəti ilə dəyirmi masa ətrafında görüş keçirib. Müzakirələr zamanı Qazi həkimlərinin tədris, tədqiqat, müayinə və əməliyyatlarda iştirakı, Naxçıvanda tibbi kadrların yetişdirilməsinin dayanıqlılığının təmin edilməsi, tibb bacısı və həkimlərin cəlbinin hüquqi prosedurları və sair məsələlər müzakirə edilib.
Qeyd olunan məsələlərin operativ həlli yolları üçün təkliflər səsləndirilib və işçi qruplarının fəaliyyəti üçün yol xəritəsi müəyyən edilib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.
Aytən Yusifova
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər