Bütün xəbərlər
1 may, 10:23

"Azərbaycan müəllimi"nin növbəti müsahibi İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Gülşən Allahverdiyevadır. 

Həmsöhbətim hələ yeniyetmə olmasına baxmayaraq, həm təhsil sahəsində, həm də şahmatda qazandığı uğurları ilə seçilir. Onun həyat hekayəsi təkcə yüksək nəticələr və diplomlarla deyil, həm də əzm, zəhmət və böyük sevgi ilə yazılıb.

2025-ci ilin 9 mart tarixində keçirilən buraxılış imtahanında Gülşən 272.5 bal toplayıb. Bu nəticəyə ingilis diliindən 97.5, Azərbaycan dilindən 90.8 və riyaziyyatdan 84.4 bal yığaraq nail olub. Amma bu nəticə onun uğurlarının yalnız bir hissəsidir.

Gülşən dörd yaşından şahmatla məşğuldur. Bu qədim və zəka tələb edən idman növünə marağı atası aşılayıb. Şahmat Gülşən üçün sadəcə bir oyun deyil, bu onun həyat tərzinə çevrilmiş düşüncə sistemidir. Onun ilk müəllimi isə Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi Namiq Qasımov olub.

İllər ərzində o, müxtəlif turnirlərdə uğurlar qazanıb. Respublika çempionatında 2-ci yerə layiq görülən Gülşən həmçinin şahmat olimpiadasının qalibi olub, 2022-ci ildə Xan qızı Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş turnirdə 150-dən çox qız arasında birincilik əldə edərək böyük uğura imza atıb.

Elə həmin il regionun “Ən güclü yeniyetmə şahmatçısı” adına layiq görülməsi, dəfələrlə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirlərdə qalib olması onun əzmini və zəhmətinin bəhrəsini göstərir. 

Gülşən deyir: “Əlbəttə ki, heç bir uğur əziyyətsiz qazanılmır. Mənim də uğur qazanmağım nizam-intizamlı, çox çalışmağımın nəticəsidir”.
O, hər yarışa çox diqqətlə hazırlaşır, çoxlu taktika həll edir, debütləri öyrənir, həm yerli, həm də dünya səviyyəli şahmatçıların oyunlarını izləyərək təhlil edir. Onun sevimli şahmatçısı beşqat dünya çempionu Magnus Karlsendir.

Gülşənin fikrincə, şahmat təkcə oyun deyil, həm də həyat məktəbidir. “Həyat da şahmata bənzəyir. Gələcəkdə qalib gəlmək və uğur qazanmaq üçün diqqətli və düzgün addımlar atmalıyıq. Səhvlərə yol verməməli, etdiyimiz səhvlərdən isə dərs çıxarmalıyıq”,- deyə o bildirir.

Turnirlərdə qazandığı saysız-hesabsız qələbələr arasında Gülşənin yaddaşında xüsusi yer tutan bir oyun da var. Azərbaycan çempionatının turlarının birində o, qalib olmağa namizəd olan finalçılar arasında qalmışdı. Vaxtın azlığı ilə yanaşı, gərginlik də zirvədə idi: ya o, ya da rəqibi səhv edəcəkdi və nəticədə biri turdan məğlub ayrılacaqdı. Oyun o qədər maraqlı idi ki, turnirin bütün hakimləri və təşkilatçıları məhz bu partiyanı izləyirdilər. Həyəcanlı anlar yaşanarkən Gülşən rəqibinin ani səhvini dəqiq dəyərləndirib qələbə qazandı. 
Oyundan sonra hər kəs onu təbrik edib. Bu oyun Gülşənin yaddaşında unudulmaz xatirə kimi qalıb.

O, həmin anları belə xatırlayır: “Qələbə qazanmağımın ən əsas səbəblərindən biri təmkinlə hərəkət etməyim oldu. Elə şahmat da həyatda olduğu kimidir. Çətin anlarda səbirlə düşünüb vəziyyətdən çıxış yolu tapmalıyıq”. 

Bu gün onun növbəti məqsədi blok imtahanlarında yüksək bal toplayıb arzuladığı universitetə qəbul olmaqdır. Amma əmindir ki, şahmat hər zaman onun həyatında xüsusi yer tutacaq. Gələcəkdə peşəkar şahmatçı kimi beynəlxalq turnirlərdə iştirak etməyi, eyni zamanda, bilik və bacarıqlarını gənc nəsillə bölüşmək üçün şahmat müəllimi olmağı arzulayır.
Gülşən Allahverdiyevanın hekayəsi sübut edir ki, sevgi ilə edilən hər bir iş zəhmət və inadla birləşəndə mütləq uğur gətirir. O, həm təhsildə, həm də idmanda zirvələri fəth etməyə davam edir. Əminik ki, bu gənc istedadın daha böyük uğurları hələ qarşıdadır.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.