Bütün xəbərlər
25 aprel, 11:33

Hər bir uğurlu şagirdin arxasında həm bir ailə, həm bir məktəb, həm də bir müəllim dayanır. Bu gün uğurlu gələcək naminə çalışan, kitabdan və bilikdən güc alan gənclərin sayı artmaqdadır. Onlardan biri də elə Çiçək Hümətlidir.

11-ci siniflər üzrə builki buraxılış imtahanında 297.5  balla Qax rayonu üzrə ən yüksək nəticə göstərən Çiçək Hümətli N.Allahverdiyev adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdidir. Çiçəyin nailiyyəti sadəcə yüksək nəticə deyil, illərlə davam edən səbrin, zəhmətin və təhsilə olan dərin inamın bəhrəsidir.

Uşaqlıq arzusu: Hüquqşünas olmaq

Çiçək uşaqlıqdan böyük arzular quraraq böyüyüb. Sosial şəbəkələrdən uzaq, intellektual mühitə yaxın bir həyat seçib. Məqsədini isə həmişə aydın ifadə edib: hüquqşünas olmaq. Bugünkü uğuru da məhz həmin məqsədə doğru atılan ardıcıl və düşünülmüş addımlarının nəticəsidir.

Hədəfimə doğru

“Həmişə inanmışam ki, hər kəsin içində özünəməxsus bir güc var. Mənim gücüm məqsədimə olan inamımdır. Uşaqlıqdan hüquqşünas olmaq istəyirdim və bunun üçün oxumaq, araşdırmaq, çalışmaq lazım olduğunu bilirdim.

Sosial şəbəkələrdən uzaq qalmaq qərarım təsadüfi deyildi. Mən zamanımı boş yerə sərf etməmək üçün bu yolu seçdim. Dərslərimlə yanaşı, şahmatla məşğul olmağım məni həm daha düşüncəli, həm də səbirli etdi. Hər uğurum yeni bir motivasiya, yeni bir üfüq idi”, - deyir Çiçək.

Nəticələr zəhmətin bəhrəsidir

Çiçək əlavə edir ki, ötən illər ərzində bir çox intellektual və fənn müsabiqələrində, şahmat turnirlərində iştirak edib. O, “Heydər Əliyevin məktəblilərin gözü ilə” müsabiqəsində 1-ci, 
“Kim çox kitab oxuyub?” müsabiqəsində 2-ci, 28 May – Respublika Gününə həsr olunmuş şahmat turnirində 1-ci, region üzrə şahmat birinciliklərində dəfələrlə 1-ci yer, Heydər Əliyevin 93 və 100 illik yubileylərinə həsr olunmuş şahmat yarışlarında 2 və 3-cü, “Zəfər Günü”nə həsr olunmuş intellektual yarışda 2-ci, ədəbiyyat üzrə UNEC olimpiadasında 1-ci yeri tutub:

“Bu nəticələr mənim üçün sadəcə bir siyahı deyil. Onlar zəhmətimə verilən qiymətdir. Ən böyük uğurum isə müəllimlərimin və ailəmin gözlərindəki qüruru görməkdir. Bu gün əldə etdiyim bal uzun bir yolun nəticəsidir, amma əminəm ki, daha uzun və məsuliyyətli bir yol məni qarşıda gözləyir”.

Çiçəyin uğuru bir fərdi nailiyyət olmaqla yanaşı, Qax təhsilinin, müəllim əməyinin və valideyn dəstəyinin parlaq göstəricisidir. Onun timsalında görürük ki, doğru yönləndirilmiş bir şagird, doğru dəyərlərlə böyüyən bir gənc cəmiyyət üçün böyük qazanc ola bilər.

Təhsil yalnız dərs kitabı oxumaqdan ibarət deyil, o, həm də şəxsiyyətin formalaşmasıdır. Çiçək bu gün elə bir zirvədə dayanır ki, oraya ancaq zəhmətlə, əzmlə və inamla çatmaq mümkündür.

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.