
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025-2026-cı tədris ilində Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndəsi Gülüstan Kərimli, "Azərbaycan-Macarıstan Məzunları" İctimai Birliyinin sədri Lalə Əliyeva və Azərbaycan-Çin Məzunlar Assosiasiyasının nümayəndəsi İlahə Balakişiyeva iştirak ediblər.
Tədbirdə tələbələrin xaricdəki akademik fəaliyyəti, elmi tədqiqat imkanları, eləcə də təhsil müddətində qarşılaşa biləcəkləri təşkilati məsələlər müzakirə olunub, müxtəlif tövsiyələr verilib. Eyni zamanda onların təhsil alacaqları ölkələrdə sənədləşmə və hüquqi prosedurlar barədə ətraflı məlumat təqdim olunub. Həmçinin, tələbələrin təhsil aldıqları ölkələrdə Azərbaycanın mədəni irsinin, tarixi dəyərlərinin və vətənpərvərlik ruhunun təbliğinin vacibliyi vurğulanıb.
Sonda iştirakçılar tələbələrin suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Macarıstanda 130, Çində isə 43 nəfər Azərbaycan vətəndaşı ali təhsil alacaq. Onlar təhsillərini bu ölkələrin aparıcı universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində, ölkənin iqtisadi inkişafı üçün prioritet olan ixtisas istiqamətləri üzrə davam etdirəcəklər.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər