Bütün xəbərlər
14 avqust, 10:36

“Büdcədə əksini tapan hər rəqəmin arxasında insanların saatlar sərf etdiyi faktlar var. Büdcə bir cədvəldən başqa cədvələ rəqəmlərin keçirilməsi, toplanması deyil. Hər hansı islahatın aparılması, hansısa yeniliyin gətirilməsi çox çətin prosesdir”.

Bu fikirlər Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin Ortamüddətli xərclər çərçivəsi sektorunun müdiri Tural Mahmudovundur. O, III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları üçün nazirlikdə təşkil edilən növbəti təlimdə bu barədə danışdı. Təlimin mentoru olan sektor müdiri “Maarifçi”lərə büdcə məsələlərində düzgün proqnozlaşdırmanın əhəmiyyətini izah etdi, bu işdə yanlışlığa yol vermənin nəticələrini rəqəmlərlə göstərdi, hesabatlılıq, koordinasiya və əməkdaşlıqdan əldə ediləcək faydalara diqqət çəkdi. Nəticəəsaslı büdcə mexanizminin prinsipləri, ortamüddətli xərclər çərçivəsinin mahiyyəti, büdcə planlaşdırmasının mərhələləri, fiskal dayanıqlığın təmin olunması, hədəf göstəricilərinin formalaşdırılmasından söz açdı. 
“Azərbaycanda nəticəəsaslı büdcə mexanizminin tətbiqi” mövzusunda təqdimatla çıxış edən Tural Mahmudov 2016-cı ildə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrindən başlayaraq həyata keçirilən islahatların tarixçəsinə nəzər salıb. O, bu islahatların uğurla reallaşmasında hədəflərin dəqiq müəyyən edilməsinin önəmini vurğulayıb.

“Maarifçi”lərə 3 tapşırıq

Proqram iştirakçılarına mövzu ilə bağlı müxtəlif suallar və praktiki tapşırıqlar təqdim edilib. Onlar qruplar şəklində müzakirələr apararaq cavablar hazırlayıblar. Həmçinin öz sahələri üzrə bir nəticə göstəricisi müəyyən etmək və “Nəticəəsaslı büdcə mexanizmində ən böyük çətinlik nə ola bilər?” sualını cavablandırmağa çalışıblar. İnteraktiv şəraitdə keçən görüşdə fikir mübadiləsi aparılıb.

“Təlim interaktiv keçdi”

Tural Mahmudov “Azərbaycan müəllimi”nə təlimin nəticələrindən danışarkən deyib ki, gənclərin müzakirələrdə iştirakını yüksək qiymətləndirir. Onların fəal olduğunu qeyd edən Tural Mahmudovun fikrincə, verdikləri suallardan, tapşırıqlara yanaşmalarından görünürdü ki, gənclər deyilənləri anlayıb, bu barədə ümumi biliyə sahibdirlər: “Suallarla onların barəsində danışdığımız məsələ - “Azərbaycanda nəticəəsaslı büdcə mexanizminin tətbiqi” mövzusu üzərində diqqətlərini cəmləmələrinə, açdığımız müzakirələrlə bu barədə təsəvvürlərini genişləndirməyə çalışdım. Gənclərin suallarından görünürdü ki, ilkin biliklərə malikdirlər, əksər məsələlərdə öz fikirləri yarandı”.

O, nazirlik əməkdaşları üçün təşkil edilən təlimlərlə müqayisə də aparıb: “Nazirlik əməkdaşlarına konkret olaraq iş şəraitində onlara daha çox nə lazımdırsa, həmin istiqamətdə təlimlər keçirik. “Maarifçi” gənclərlə ilk dəfə təlimdə oldum. Onların hamısı maliyyəçi deyil. Fərqli ixtisaslarda təhsil alıb fərqli sektorlarda təcrübə keçirlər. Ona görə də təlimdə daha çox ümumi məlumat verməyə çalışdım. Öz təcrübəmə əsaslanaraq bir az nəzəri, bir az praktiki nümunələr əsasında bildiklərimi onlarla bölüşdüm. Ümid edirəm ki, bu gün üzərində dayandığımız məqamlar gələcəkdə onlar üçün faydalı olacaq. Bu cür təlimlər “Maarifçi”lərin karyeralarını formalaşdırmalarına töhfə verəcək”.

“Təhsil müəssisələri üzrə maliyyə ayrılanda keyfiyyət göstəricilərinə də diqqət etməli olduğumu anladım”

Təhsilin iqtisadiyyatı şöbəsində təcrübə keçən “Maarifçi” Fərəh Məcidli Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisası üzrə məzunudur. Bu il magistratura səviyyəsində təhsil almağa başlayıb. UNEC-də bu dəfə “Audit” ixtisası üzrə magistr təhsili alacaq: “Bu gün öyrəndim ki, dövlət büdcəsinin formalaşmasında gəlir və xərclərə diqqət etməklə yanaşı, nəticələrin əvvəlcədən düzgün proqnozlaşdırılması önəmlidir. Bu, şəffaflığı və hesabatlılğı artırır, maliyyə resurslarının səmərəli istifadəsinə gətirib çıxarır”.

Gənc maliyyəçi öz səhvini də anlayıb: “Təhsil müəssisələri üzrə maliyyə ayrılanda keyfiyyət göstəricilərinə də diqqət etməli olduğumu anladım. Tapşırığı yerinə yetirərkən mən buna diqqət etməmişdim”.

“Yanaşmamız səhv deyildi, sadəcə, təcrübəsizlikdən irəli gələn yanlışlarımız vardı”

Fəxrəddin Abbasov Bakı Dövlət Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bakalavr təhsilindən sonra bu ildən Azərbaycan Dövlət İdarəçilik Akademiyasında “İctimai siyasət” ixtisası üzrə magistratura səviyyəsində oxuyacaq. Hazırda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunda təcrübə keçir: “Bugünkü təlimdə maliyyə mexanizminin formalaşdırılması, büdcədən səmərəli istifadəni öyrəndim. Təlimdə verilən tapşırıqları yerinə yetirərkən bir çox yeniliklər öyrəndim. Məsələn, tabe qurumların maliyyə hesabatlılığı ilə bağlı təsəvvürüm formalaşdı. Müxtəlif  ixtisaslarda təhsil aldığımız üçün bir tapşırığa ayrı-ayrı perspektivlərdən baxışlarla tanış olduq, həm bir-birimizidən, həm də mentorumuzdan öyrəndik. Məncə, yanaşmamız səhv deyildi, sadəcə, təcrübəsizlikdən irəli gələn yanlışlarımız vardı”.

“Maarifçi” yoluna davam edir

“Maarifçi”nin növbəti təlimi də uğurla baş tutdu. Onlar nəticəəsaslı büdcə formalaşdırdı, maliyyə resurslarını idarə etməyi öyrəndi, hesabatlılğı təmin etməyin əhəmiyyətini anladılar.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə başlayan “Maarifçi” təcrübə proqramı Təhsilin İnkişafı Fondunun dəstəyi ilə davam edir.
Qeyd edək ki, III “Maarifçi” tələbə-məzun təcrübə proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə keçirilir.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.