Bütün xəbərlər
13 avqust, 14:38

Rezidenturaya qəbul olmaq istəyən namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.

Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. 

Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:

I istiqamət – Tibb (müalicə işi, pediatriya) 

Minimal bal : 13.000

Maksimal bal : 86.000

Namizədlərin sayı :  673 

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

Cəmi

96 - 100

0

0

91 - 95

0

0

86 - 90

1

1

81 - 85

5

6

76 - 80

18

24

71 - 75

46

70

66 - 70

64

134

61 - 65

114

248

56 - 60

101

349

51 - 55

122

471

50

12

483

Qeyd: ATU-nun Hərbi Tibb Fakültəsinin namizədlərinin sayı  nəzərə alınmayıb.

II istiqamət – Stomatologiya

Minimal bal : 25.000

Maksimal bal : 85.000

Namizədlərin sayı :  84 

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

Cəmi

96 - 100

0

0

91 - 95

0

0

86 - 90

0

0

81 - 85

3

3

76 - 80

5

8

71 - 75

6

14

66 - 70

15

29

61 - 65

13

42

56 - 60

12

54

51 - 55

7

61

50

4

65

 

III istiqamət – Tibbi profilaktika

Minimal bal : 13.000

Maksimal bal : 65.000

Namizədlərin sayı :  69 

Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

Cəmi

96 - 100

0

0

91 - 95

0

0

86 - 90

0

0

81 - 85

0

0

76 - 80

0

0

71 - 75

0

0

66 - 70

0

0

61 - 65

2

2

56 - 60

9

11

51 - 55

7

18

50

2

20

 

 IV istiqamət – İctimai səhiyyə

Minimal bal : 24.000

Maksimal bal : 69.000

Namizədlərin sayı :  18

 Ballar üzrə histoqram

Bal intervalları

Namizədlərin sayı

Cəmi

96 - 100

0

0

91 - 95

0

0

86 - 90

0

0

81 - 85

0

0

76 - 80

0

0

71 - 75

0

0

66 - 70

1

1

61 - 65

0

1

56 - 60

1

2

51 - 55

6

8

50

1

9

Şərhlər

Xəbər lenti

14 avqust, 17:46

Alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcək 9 nəfərdən ibarət ilk qrup dövlət nümunəli sertifikat aldı 

14 avqust, 17:20

SABAH qruplarına müəllimlərin işə qəbulu davam edir

14 avqust, 17:14

MİQ müsabiqəsinin müsahibə mövzuları AÇIQLANIB

14 avqust, 17:13

Qısamüddətli peşə təlimi keçən müdavimlərlə görüş keçirilib

14 avqust, 17:07

“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq

14 avqust, 16:58

347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq

14 avqust, 16:43

Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

14 avqust, 16:39

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir

14 avqust, 16:12

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

14 avqust, 14:17

MÜTDA: “Rəqəmsal məktəb” platformasının nəticələri təhlil edilir

14 avqust, 13:51

Azərbaycanlı alimin rəhbərlik etdiyi komanda yarım milyon dollarlıq qrant aldı

14 avqust, 13:48

Dünyada və Azərbaycanda illik dərs günlərinin sayı nə qədərdir? – ARAŞDIRMA

14 avqust, 13:36

Yeniyetmə və gənclər yarışda: Robot sistemləri dizayn edirlər

14 avqust, 13:27

SABAH qruplarında oxumaq istəyənlər ixtisas seçimində bunu qeyd etməlidirlərmi?

14 avqust, 13:11

Azərbaycanla Özbəkistan arasında elm, peşə və ali təhsil sahələrində əməkdaşlığa dair saziş təsdiqləndi – FƏRMAN

14 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

14 avqust, 12:13

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

14 avqust, 12:05

“Harvard, Stanford, Oksford...” – Nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş 

14 avqust, 11:23

Musiqi təhsili savadlılığı necə inkişaf etdirə bilər?

14 avqust, 11:21

Ən çox elmi dərəcə filologiya sahəsində verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.