Bütün xəbərlər
13 avqust, 14:07

Xaricdə təhsil gənclərin fərdi və peşəkar inkişafına təsir edən bir fürsətdir.  Çünki xaricdə təhsil alanlar yalnız akademik bilik deyil, həm də dil bacarıqları, yeni mədəniyyətlər, fərqli düşüncə tərzləri və adaptasiya bacarıqları qazanırlar. Bu onları iş dünyasında daha rəqabətli edir və gələcək karyeraları üçün geniş imkanlar yaradır.

Belə parlaq gənclərimizdən biri də xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olaraq təhsilini dünyanın TOP10 universitetindən biri olan London Universitet Kollecində davam etdirəcək Fidan Babayevadır.

“Azərbaycan müəllimi” onunla söhbətləşib və uğur hekayəsini təqdim edir.

Fidan Babayeva 2018 və 2019-cu illərdə İtaliya və Ukranyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında iştirak edib. 2019-cu ildə Yunanıstanda keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb. 

Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə 2019-cu ildə bürünc, 2020-ci ildə isə gümüş medala layiq görülüb.

Fidan 2020-ci ildə ali məktəblərə qəbul imtahanında ölkə üzrə ən yüksək bal toplayan ilk beş nəfərdən biri olub. 694,2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan gənc qız həm də Prezident təqaüdçüsü olub. IELTS imtahanından 8.0 bal nəticə göstərib. 2025-ci ildə magistraturaya qəbul imtahanlarında 97.5 bal toplayaraq ölkə birincisi olub.

O, 2003-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilinə Nizami rayonu 220 saylı tam orta məktəbdə başlasa da, 8-ci sinifdən təhsilini Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə davam etdirib. Məktəbi qızıl medalla bitirib. Universiteti də fərqlənmə diplomu ilə bitirən Fidan hazırda “Azercell” şirkətinin Məlumat təhlükəsizliyi və insidentlərin idarə edilməsi bölümündə kiçik mütəxəssis kimi çalışır.

Xaricdə təhsilinə gəlincə isə deyir ki, London Universitet Kollecində təhsil almaq prioritetləri arasında olduğundan müraciətini məhz ora edib: “Proqramı detallı şəkildə araşdırdım, onun maraq və gələcək planlarıma çox uyğun olduğunu gördüm. Düzünü desəm, universitetdən qəbul təklifinin gəlməsi bir neçə ay çəkdi. Bu müddət ərzində başqa iki universitetə də müraciət edib qəbul təklifi aldım. Lakin London Universitet Kollecindən bu təklif gəldikdə düşündüm ki, gözləməyimə dəyib.

Dünyaca tanınmış universitetlərdə təhsil almaq, fərqli şəhərləri gəzmək və xaricdə tələbəlik həyatı yaşamaq məktəb illərindən xəyalım olub. Bakalavr təhsilimi burada alsam da, magistr təhsilimi xaricdə davam etmək qərarını vermişdim. Buna görə də elə universitet illərindən xarici universitetləri və təqaüd proqramlarını araşdırırdım”.

Fidan deyir ki, ingilis dilini mükkəməl bilsə də, gələcəkdə dil biliklərini artırmaq, alman və ispan dilllərini öyrənmək istəyir: “BANM təhsil və iş imkanları, yaxşı tələbə mühiti və ingilis dilində tədris proqramı ilə ölkənin qabaqcıl universitetlərindən biri olduğundan təhsilimi orada davam etdirməyə qərar verdim. 

Tələbəlik illərində “Huawei Seeds for the Future” proqramında iştirak etdim, “Technest” və “Dəmir Ay” təqaüd proqramlarının qalibi oldum. Həmçinin, SOCAR-ın “Gənc İstedadlar” proqramının iştirakçısı kimi “Caspian Innovation Center”də kibertəhlükəsizlik sahəsi üzrə təcrübə proqramında iştirak etdim”.

Azərbaycanda keçirilən magistratura imtahanında birinci olan Fidan hisslərini belə ifadə edir: “Bəli, şansımı Azərbaycanda keçirilən magistraturaya qəbul imtahanında da sınadım və xoşbəxtlikdən ölkə birincisi oldum. Düzünü desəm, imtahana ciddi şəkildə hazırlaşırdım, bacardığım qədər çox testlər işləyir və sınaqlarda iştirak edirdim, buna görə də yüksək nəticə gözləyirdim. Bu uğurda ailəmin və müəllimlərimin də sonsuz əməyi və dəstəyi olub”.

Fidanın təhsil uğrunda çalışqanlğı gənclərə də bir örnək və motivasiyadır. Bu cəhətdən onlara tövsiyə edir ki, qarşılarına qoyduqları məqsədə çatmaq üçün çox çalışmalı, əzmkar olmalı və özünə inanmalıdırlar: “Məncə, xəyalını qurduğumuz uğurlar bizə əlçatmaz görünsə belə, “mən bacarmaram” deyib kənarda durmaqdansa, onların ardınca getməliyik, çünki biz istədikdən sonra hər şeyi əldə edə bilərik.

Magistratura təhsilini istər ölkədə, istərsə də xaricdə davam etdirməyi düşünən gənclərə təhsil alacaqları universitet və proqramları əvvəlcədən araşdırmağı, öz gələcək maraqları və hədəflərinə uyğun olaraq düzgün seçim etməyi tövsiyyə edirəm”.

O, təhsilini tamamladıqdan sonra ölkəyə qayıdaraq buradakı nüfuzlu şirkətlərdə çalışmağı planlayır: “Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssis kimi ölkəmə töhfə verməyi, bu sahəyə yeniliklər gətirməyi və inkişaf etdirməyi düşünürəm”.

Xaricdə təhsil gənclərə gələcəkdə yüksək maaşlı işlərdə çalışma, yeni dostlar qazanma və beynəlxalq dərəcədə tanınma imkanı verir. Hazırda Azərbaycanda çox sayda tələbə xaricdə təhsil almağa maraq göstərir, bu da ölkənin qlobal təhsil arenasında iştirakını artırır.

1 /1

Şərhlər

Xəbər lenti

14 avqust, 11:01

Yapon alimləri yeni akustik levitasiya cihazı hazırlayıblar

14 avqust, 11:00

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başladı

14 avqust, 11:00

MDU-nun tələbələri hotellərdə təcrübə keçəcəklər - Yeni memorandum imzalandı

14 avqust, 10:54

Zoologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib

14 avqust, 10:39

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

14 avqust, 10:36

“Maarifçi”lər büdcə formalaşdırdı, məktəb təmiri üçün hesabat hazırladılar – REPORTAJ

14 avqust, 10:23

Elmin obyektivində: alimlərin çəkdiyi 11 maraqlı FOTO

14 avqust, 09:41

İlk lisey sinfindən uğurlu nəticə: 23 şagirdin 13-ü fərqləndi

13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

13 avqust, 17:11

Kollecə qəbul olanlar üçün qeydiyyat başlayır 

13 avqust, 16:53

Lisey və gimnaziyalara seçim prosesi başa çatır

13 avqust, 16:46

Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 avqust, 16:44

HTP çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib

13 avqust, 16:43

Məktəbdən elm dünyasına: FRİTL-in uğurlu məzunlarının hekayələri

13 avqust, 16:22

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ AÇIQLAMA

13 avqust, 15:01

Sabunçuda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır

13 avqust, 14:48

SABAH qruplarının tələbələri üçün yataqxana qeydiyyatı başlayır

13 avqust, 14:38

Rezidentura üzrə ixtisas seçimi başlayıb

13 avqust, 13:31

İncəsənət məktəblərinə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.